Sancay Datt
Sancay Datt (ing. Sanjay Dutt, hind. संजय दत्त; d. 29.7.1959) — Hindistan kino aktyoru və prodüseri. Məşhur aktyorlar Nərgiz və Sunil Dattanın oğludur. Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə Filmfare mükafatının sahibidir.
Sancay Datt | |
---|---|
ing. Sanjay Dutt hind. संजय दत्त | |
| |
Doğum adı | Sancay Balrac Datt |
Digər adları | Sancu Baba, Munna Bxay |
Doğum tarixi | |
Doğum yeri | Bombey, Maharaştra, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı |
Riça Şarma (1987-1996) Rheya Pillay (1998-2005) Dilnavaz Şeyx və ya Manyata (2008-hazırda) |
Uşaqları |
Trişala İkra Şahran |
Atası | Sunali Datt |
Anası | Nərgiz |
Fəaliyyəti | film prodüseri, müğənni, kino aktyoru, siyasətçi |
Fəaliyyət illəri | 1981-ci ildən |
IMDb | ID4569 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sanjay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub. Priya və Namrata adlı 2 ozundən yaşca kicik bacısı var. 1981-ci ildə ilk filminin premyerasina az qalmış anası rehmete getmisdir.
Sanjay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub. Riça 1996-cı ildə beynindəki şiş səbəbilə rəhmətə getmisdir, onun valideynləri əllərindən gələni etmişdilər ki, nəvələrinin qəyyumluğu atasına yox onlara verilsin. 1998-ci ildə Sanjay model Pe Pillai ilə evlənmişdir, lakin 2005-ci ildə onlar boşandılar. 11 fevral 2008-ci ildə Sanjay daha cox Manyata adı ilə məşhur olan Dilnavaz Şeyx ilə evlənmişdir. 21 oktyabr 2010-cu ildə cütluk Şahran və İkr adlı əkiz övlad sahibi oldu.
Karyera
1981-ci ildə çəkilən "Rokki" filminin ssenarisi xüsusi olaraq Sanjay Dattın Premyerası üçün yazılmışdı, lakin film uğur qazanmadı. 1986-cı ildə Maheş Bxatt onu "Ad" adlı filmine çəkdi, bu film ona şöhrət və uğur gətirdi. Yeni rollar, yeni senarilər yarandı, bu dövrlərə 1991-ci ildə çəkilən "İzlənmə" və "Mənim Əzizim" filmləri daxildir.
2009–2010-cu illərdə Sanjay siyasətlə məşğul olmağa can atdı: sosial istiqamətlərə yönəlmiş "Samajvati partiyası"nın katibi oldu. Sonra siyasət ürəyincə olmadı və ondan uzaqlaşdı. 2012-ci ildə aktyor hindistanda irəliləyən Qarışıq döyüş növləri mədəniyyətinin investorlarından biri oldu.
1986-cı ildəki "Ad", 1991-ci ildəki "Mənim Əzizim", "İzlənmə", 1993-cü ildəki "Qəddar", 1999-cu ildəki "Gözəl", "Qondarma olmayan Hekayə, 2003-cü ildəki "Munna qardaş-Xoşbəxtlik satıcısı", 2006-cı ildəki "Munna qardaş 2", 2007-ci ildə "100 milyonun arxasında", 2009-cu ildəki "Uğurlar- Əyləncə başlayır" filmlərində yaratdığı rollar Sanjay Dattanın ən yaxşı və ən uğurlu rolları hesab olunur.
Filmoqrafiya
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1999 | Ləkə | hind. (dev.) दाग / (lat.) Dāga | Kapitan Karan Sinğ |