Sanama (oyun)

Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir.

Ümumi məlumat

Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər.

Oyunun qaydaları

Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər. "İynə-iynə", "Motal-motal", "Əmim oğlu" və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələridir.

Sanama oyunu

Sanamalar

Motal-motal

Motal-motal
Tərsə motal,
Qıl atar,
Qaymağ tutar
Ağ quşum,
Ağarçınım,
Göy quşum,
Göyərçinim.
Qarğa qara,
Durna çala,
Çiləmə çilik,
Bircə əmlik,
Əmrəqulu, vur nağara,
Çıx qırağa.

İynem , iynem-iynə

  • Iynə-iynə

İynə-iynə,
Ucu düymə
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Hoppan-hoppan,
Yarıl-yırtıl,
Su iç qurtul.

    Əmim oğlu , Hurtul qulu

      Əmim oğlu, Hurtul qulu
      Üzü buğlu,Gözü toğlu
      Haldırım dedi,Güldürüm dedi
      Huldurum dedi,Qıldırım dedi
      Göyə bir ağac atdı , Getdi tutdu budağı
      Kərki sapı , Gülgü sapı
      Gül budağı , Göl qırağı


      Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilir.

      Mənbə

        Xarici keçidlər

        This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.