Sanafir adası
Sanafir adası[1] və ya Sinafir[2] (ərəb. جزيرة صنافير Ğazīrat Ṣanāfīr) — Tiran boğazında, Qırmızı dəniz suları ilə yuyulan ada. Ada Tiran adasından şərqdə yerləşir. İnzibati baxımdan Səudiyyə Ərəbistanına aiddir. sahəsi 33 km²-dir. İqlimi olduqca istidir. Tropik qurşaqda yerləşir. Adada yaşayış yoxdur. Bitki və heyvalar aləmindən demək olar ki məhrumdur. Quraq tropik iqlim hakimdir. Adada təbi su qaynağı yoxdur. Ərazisi dağlıq platodan ibarətdir.
Sanafir adası | |
---|---|
ərəb. جزيرة صنافير | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 5,9 km |
Hündür nöqtəsi | 9 m |
Əhalisi |
|
Yerləşməsi | |
27°55′48″ şm. e. 34°42′36″ ş. u. | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
15 fevral 1954-cü il Misir hökumətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında baş tutmuş 659-cı iclasında adalarda İkinci Dünya müharibəsində Suveyş kanalını qorumaq məqsədi ilə Misir ordusunun burada yerləşdirilməsini bildirir[3]. Elə bu iclasda da Misir hökuməti Tiran və Sanafir adalarının 1906-cı ildən Misirin nəzarətində olmasını əsas gətirərək bu torpaqların Misirin ayrılmaz ərazisi olmasını bəyan edir[3]. 1955-ci ilin sentyabrında Misir İsrailin üzünə Tiran boğazını bağlayır, jhava məkanını İsrail təyyarələri üçün qapadır, Sanafir və Tiran adasında artilleriya nöqtələri təşkil edilir. Şarm-əş-Şeyx hərbi-dəniz bazasına çevrilir. 1967-ci ildə Altıgünlük müharibə zamanı adanı İsrail işğal edirlər. Ada 1982-ci ilə qədər İsrailin işğalında qalır[4]. Adanın hansı ölkəyə aidliyi Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə pridmeti olur. 2016-cı ilin fevralında isə Misir və Səudiyyə Ərəbistanı arasında imzalanmış sazişə əsasən Tiran və Sanasir Ər-Riyada güzəştə gedilir. Bunun müqabilində adalardan Misirə körpü çəkilməli idi. Ancaq 2016-cı ilin iyununda Misir məhkəməsi bu anlaşmanı qanunsuz elan edir. 2017-ci ilin yanvarında isə Ali məhkəmə bu qərarı təstiqləyir. İnstaniya məhkəməsi adaların Misirin nəzarətində 1906-cı ildən olmasını təstiqləyir. Bu Misirlə Osmanlı imperiyası arasında imzalanan müqaviləyə əsasən edilir. O zaman Ərəbistan yarımadası da daxil olmaqla adalar Misirin nəzarətinə verilmişdi[5][6][7][8]. Bu Misirdə etiazlara səbəb olur. Etirazçılar Osmanlı ilə Misir arasında bağlanmış 1906-cı il müqaviləsini əsas gətirirdilər.
24 iyun 2017-ci ildə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi dəniz sərhədlərinin demarkasiyası haqqında anlaşmanı təstiqləyir. Bununlada Tiran və Sanasir adaları Səudiyyə Ərəbistanının ərazisinə birləşdirilir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bir həftə sonra isə müqaviləni Misir parlamenti radifikasiya edir[9].
İstinadlar
- Sergey.Kikot. "Misir- Tiran və Sanafir adaları". samiedem.blogspot.ru. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
- Топокарты Генштаба
- "Documentos oficiales de las Naciones Unidas". 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Egypt Declares Islands of Sanafir and Tiran as Saudi Arabian Territory". Egyptian Streets. 9 aprel 2016 года. 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
- "Египетский суд аннулировал соглашение с Саудовской Аравией о передаче островов". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Суд Египта признал недействительным договор о демаркации границы с Саудовской Аравией". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Misir məhkəməsi Səudiyyə Ərəbistanına mübahisəli adaların verilməsini qadağan etdi". 2017-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "История установления границ подмандатной Палестины". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Misir prezidenti Qırmızı dənizdə adalarının Səudiyyə Ərəbistanına verilməsi ilə bağlı razılaşmanı imzaladı". 2017-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.