Samur-Dəvəçi ovalığı
Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq.
Samur-Dəvəçi ovalığı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 9 m |
Yerləşməsi | |
41°12′08″ şm. e. 48°59′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayonlar | Xaçmaz, Şabran, Xızı, Siyəzən |
|
Ümumi məlumat
Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.