Samur

Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.

Samur
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Samur
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  621945
NCBI  36722
EOL  328022
FW  157449

Təsviri

Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir.

Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır.

Həyat tərzi

Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür. Bir qayda olaraq, dağ çaylarının yuxarı axınlarında, dağlıq ərazilərdə, daş örtüklər arasında yaşayır. Bəzən ağacların zirvələrinə qalxır. Sıçrayışlarla hərəkət edir. Atlamanın uzunluğu 30–70 sm-dir. Ağaclara yaxşı dırmaşa bilir. Yaxşı inkişaf etmiş eşitmə və qoxuya qabiliyyətlərinə sahibdir. Görmə qabiliyyəti nisbətən zəifdir. Yeni və quru qar üzərində asanlıqla hərəkət edir. Səhər və axşam ən fəal olduğu dövrdür.

Səslər

Nadir hallarda səs çıxarırlar. Digər dələkimilər kimi qorxu və həyəcanlanma zamanı civiltili səslər çıxarır və düşmənə qarşı müdafiədə almağa çalışır. Qışqırığı xatırladır. Məhəbbət oyunları zamanıda müəyyən səslər müşayiət olunur.

Qidalanması

Qida rasionunun böyük hissəsini gəmiricilər təşkil edir. Əsasən qırmızı çöl sıçanı (cənubda qırmızı-boz çöl siçanı) ön yerdə gedir. Yeniseyin şərqində və Sayanda isə Ochotona cinsinə daxil növlər üstünlük təşkil edir. Tez-tez sincab və burundukları yeyir, dovşanlara da belə hücum edir. Bir ildə Krasnoyarsk diyarında bir neçə milyon sincabı məhv edir. Quşların içərisində adi bonazi tetrasına və turaclara hücum edir. Ümumiyyətlə quşlar onlar üçün ikinci dərəcəli bir qidadır. Ovlarını əsasən alatoraqlıqda, gcə radələrində edirlər, lakin gündüz vatlarıda tez-tez ovlamalrı müşahidə edilir.

Bundan əlavə samurların qida rasionuna bitki qidaları da daxildir: sidr toxumları, quşarmudu, cır qaragilə. Ayrıca mərcangilə, qaragilə, adi meşəgilası, itburnu, qarağat, Amur üzümü, Çin cırlimonunu da yeyirlər.

Çoxalma

Yuvalarını ağacların oyuqlarında, daşların altlarında qururlar. Heyvanlar iki-üç yaşlarında qədər cinsi yetkinliyə çatır və 13–15 ilədək yaşayırlar. İyun-iyul aylarında cütləşmə baş verir. Boğazlıq dövrü 250–290 gündür. Birdən yeddi bala verə bilir. Adətən isə 3–4 bala verir.

Yayılması

Hal-hazırda samurlar Rusiyanın Ural dağlarından tutmuş Sakit okeanın sahillərinə qədər ərazidə yayılmışlar. Şimalda arealı meşə bitki örtüyünün hüdudlarına qədərdir. Əsasən sidr ağaclarının yayıldığı meşələrə üstünlük verir. Yaponiyada, Hokkaydo adasında da aşkar edilmişdir. Şərqin Uralda meşə dələsi ilə samurun qarışığı olan kidus adlı hibridinə rast gəlinir.

XVII əsrə qədər Finlandiyada, XIX əsrə qədər Kareliya, Baltikyanı ölkələr və Qərbi Polşada müşahidə edilirdi.

Təsnifatı

Ümumilikdə samurlar ölçü və rəng sxemi ilə fərqlənən 17 yarımnövə bölünürlər. Bunlardan bəziləri bunlardır:

  • Martes zibellina zibellina — tobol samuru
  • Martes zibellina princeps — barquzin samuru. Bu yarımnöv xüsusilə dəyərlidir, çünki qara rəngə, yumşaq və ipək xəzə malikdir.
  • Martes zibellina sahalinensis — saxalın samuru
  • Martes zibellina yenisejensis — yenisey samuru
  • Martes zibellina sajanensis — sayan samuru
  • Martes zibellina jakutensis — yakut samuru
  • Martes zibellina kamtshadalica — kamçatka samuru
  • Martes zibellina tomensis — kuzneç samuru
  • Martes zibellina averini — sayan samuru
  • Martes zibellina vitimensis — vitim samuru
  • Martes zibellina arsenjevi — ussuri samuru
  • Martes zibellina obscura — çikoy samuru
  • Martes zibellina brachyura — kuril samuru, yoxolma həddindədir

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.