Samuil (Bolqarıstan çarı)

SamuilKometopuli sülaləsindən ilk bolqar imperatoru. 977-997ci illər arasında Çar Romanın sərkərdəsi və sağ qolu olmuşdur.Bolqarıstanın müstəqilliyini Bizansa qarşı qorumağa çalışmışdır.[1]

Samuil
bolq. Самуил
Samuilin büstü
Samuilin büstü
997 1014
ƏvvəlkiRoman
SonrakıQavril Radomir
Şəxsi məlumatlar
Doğum tarixi 958
Vəfat tarixi
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti suveren[d]
Atası Komita Nikola
Anası Ripsima
Həyat yoldaşları Kosara, Aqata
Uşaqları Qavril Radomir
Teodora Kosara
Miroslava
Katun Anastasiya
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətdən öncə

Samuil qraf Komita Nikolanın 4 oğlundan ən kiçiyi olaraq dünyaya gəlmişdi. II Borisin Bizans tərəfindən əsir alındığı dövrdə Kometopuli qardaşları dövləti onun adı ilə idarə edirdilər. 970-ci ildə atalarının ölümündən sonra üsyan edən qardaşlar [2] 1 il sonra artıq əsl hakimiyyətə sahib idilər. Samuelin payına isə ölkənin şimal-qərbi olan Vidin bölgəsi düşmüşdü. O ölkənin qədim paytaxtı Preslavı da azad edə bilmişdi.[3]

Bizansla müharibə

976-cı ildə Bizansla müharibəyə başlayan qardaşlar torpaqların bir çox hissəsini azad etməyi bacardılar. Bizans sərkərdəsi Krıma çəkilməyə məcbur oldu. Eyni zamanda şimala hücum edən qardaşlar Bizans hakimiyyətinə tabe olan və müstəqillik əleyhdarı bütün feodalları edam etdilər, Dunayın şimalına doğru dayanmadar irəlilədilər.[4] Bu vaxtı artıq Samuilin iki böyük qardaşı David KometopuliMoisey Kometopuli ölmüşdü. Ən böyük qardaş Aaron Kometopuli isə Bizansla danışıqlara gedib hökmdar kimi tanınmaq istəyirdi. Bu planı öyrənən Samuil Aaronun bütün ailəsini edam etdirdi. Edamdan qurtulan tək şəxs İvan Vladislav oldu, bu da Qavril Radomirin sayəsində idi.[5]

Hakimiyyətin bərpası

977-ci ildə istəyinə çatan Samuil Romanı Vidinə gətirdi və orada hakimiyyətini elan etdi. Romanın hakimiyyəti boyu onun sağ qolu olaraq fəaliyyət göstərdi. Həmin il Samuil böyük işğala başladı, Frakiya, PelopennesYunanıstanın digər bölgələri tamamilə onun hakimiyyətinə altına keçdi. 17 avqust 986-cı ildə II Basilin orduları ağır məğlubiyyətə uğradıldı. Trayan qapıları keçidi döyüşü II Basil üçün faciəvi idi, çox kiçik bir dəstə ilə Konstantinopola qayıtmış, şəxsi xəzinəsi Bulqarların əlinə keçmişdi.[6] 996-cı ildə ağır məğlubiyyətə uğrayan bolqarlar Çar Romanın həbsinə mane ola bilmədi. Romanın sonrakı il ölümü Samulin taxta çıxmasına səbəb verdi.

Hakimiyyəti

997-ci ildə imperator elan olunan Samuil Bizans tərəfindən tanınmadı. Çar, əvəzində Papa V Qriqori tərəfindən təsdiq olundu.[7] 998-ci ildə Serbiyanı, Xorvatiyanı ələ keçirdi. Samuilin qızı Teodora Kosara Serbiya knyazı Yovan Vladimirlə evləndirildi. Digər qızı Miroslava isə keçmiş Bizans hakimi Aşotla evləndirildi. Qavril Radomir isə Macar knyazı Gezanın qızı ilə evləndirildi.

Bizansla yeni müharibələr

1001-ci ildə Bizansın yeni işğalı, 1003-cü ildə Macarıstan kralı I Stefanın hücumu Samuili çətin vəziyyətdə qoydu. İki cəbhədə döyüşməli olan Samuil ağır məğlubiyyətlər aldı. 1014-cü ildə II Basili dayandıra bilsə də, həmin ilin yayında ağır məğlubiyyət yaşadı, 14000 əsgər əsir oldu. İmperator əsgərlərin yarısının bir gözünü kor etdi. Bu səhnəni görən çar Samuil ürəktutmasından tezliklə vəfat etdi. Samuilin vəfatı Bolqarıstanın işğalını sürətləndirdi.

Ailəsi

Samuil iki dəfə Kosara və Aqata adlı qadınlarla evlənmişdi. Övladları:

  • Qavril Radomir - Macar şahzadəsi İliona ilə, daha sonra da Larissalı İrina ilə evlənmişdi.
  • Teodora Kosara - Serbiya knyazı Yovan Vladimirlə evlənmişdi.
  • Miroslava - Diraxion knyazı Aşotla evlənmişdi.
  • Katun Anastasiya - Nitra hersoqu Vazulla evlənmişdi.
  • Aqata

İstinadlar

  1. http://books.google.bg/books?id=nYbnr5XVbzUC&pg=PA522&lpg=PA522&dq=samuel+of+bulgaria&source=bl&ots=EAJta0J6a1&sig=Cf0ZDanHi8QKckuns7ZYQ1Wyvqo&hl=bg&redir_esc=y# Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine A History of the Byzantine state and society, Warren Treadgold, Stanford University Press, 1997, ISBN 0-8047-2630-2, s. 871.
  2. Adontz. "Samuel l'Armenien", 358.
  3. Petrov, P (1962). "Rebellion of Peter and Boyan in 976 and struggle of the Cometopuli with Byzantium (Vosstanie Petra i Boyana v 976 i borba Komitopulov s Vizantiei, Восстание Петра и Бояна в 976 г. и борьба Комитопулов с Византией)". Byzantinobulgarica (in Russian) (1): 130–132.
  4. Levchenko, М. V (1951). Precious sources on the Russo-Byzantine relations in the 9th century (Tsenniy istochnih po vaprosu pussko-vizantiyskih otnosheniy v X veke, Ценный источних по вопросу русско-византийских отношений в X веке (in Russian). pp. 66–68.
  5. Petrov, P (1959). "Formation and consolidation of the Western Bulgarian state (Obrazuvane i ukrepvane na Zapadnata Balgarska darzhava, Образуване и укрепване на Западната Българска държава)". Гсуифф (in Bulgarian) 53 (2): 169–170.
  6. Gilferding, А (1868). Letters from the history of Serbians and Bulgarians (Pisma ob istorii serbov i bolgar, Письма об истории сербов и болгар) (in Russian). Москва. p. 209. OCLC 79291155.
  7. Duichev, Iv. (1942). "Correspondence of Pope Innocent III with the Bulgarians (Prepiska na papa Inokentii III s balgarite, Преписка на папа Инокентий III с българите.)". Гсуифф (in Bulgarian) (38): 22–23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.