Samuel Ferquson
Samuel Ferquson (10 mart 1810[1][2][…], Belfast[3] – 9 avqust 1886[1][2][…]) — irland şairi, ser, İrlandiya Kral Akademiyasının prezidenti.
Samuel Ferquson | |
---|---|
ing. Samuel Ferguson | |
Doğum tarixi | 10 mart 1810[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1886[1][2][…] (76 yaşında) |
Vətəndaşlığı | |
Fəaliyyəti | arxivçi, şair, arxeoloq, yazıçı, vəkil |
Əsərlərinin dili | ingilis dili[4] |
Samuel Ferquson Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1832-ci ildə Dublin Triniti Kollecinin hüquq fakültəsini bitirmişdir və "Gənc İrlandiya" hərəkatına qoşulmuşdur. 1840-cı illərdən İrlandiya tarixi və arxeologiyası sahəsində tədqiqatlar aparmış, kelt mədəniyyətini öyrənmək üçün 1863-cü ildə İrlandiya, Böyük Britaniya və Fransa Bretanına səyahət etmişdir. 1867-ci ildə İrlandiya məhkəmə aktları mühafizinin köməkçisi olmuşdur. 1878-ci ildə rıtsar rütbəsinə yüksəlmişdir. Şair kimi ilk əsərini 1832-ci ildə yazıb. "Konqal" poeması və kelt folklor süjetləri əsasında yazdığı balladaları ilə geniş şöhrət qazanmışdır. Elmi əsərlərin, o cümlədən "İrlandiya, Uels və Şotlandiyada oqam kitabələri"nin müəllifidir.
İstinadlar
- Samuel Ferguson // Internet Speculative Fiction Database (ing.). 1995.
- Samuel Ferguson // Brockhauz Ensiklopediyası (alm.).
- ФЕРГЮСОН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Фергюсон, Самюэль (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1902. Т. XXXVа. С. 567.