Mesxetiya

Mesxetiya (rus. Месхе́тия), Mesxeti (gürc. მესხეთი), Samtsxe (gürc. სამცხე) və ya Moşiya — cənub-qərbi Gürcüstanda dağlıq ərazi, tarixi-mədəni vilayət. Tarixi Mesxetiya Gürcüstanın Samtsxe-Cavaxeti diyarının ərazisinə daxil olan üç müasir rayonlarının Adigeni, Axaltsixa və Aspinca rayonlarını, eləcə də Türkiyənin bəzi sərhədyanı ərazilərini əhatə edir. Tarixi-mədəni vilayətin paytaxtı Axılkələk şəhəridir.

Mesxetiyanın indiki Gürcüstan Respublikası torparlaqı daxilində xəritəsi.

Tarix

Samtsxe-Cavaxeti diyarının ilk qeydə alınmış sakinləri muşki (və ya moşi) və mossinoyki (və ya mosiniklər) adlı qədim tayfalardır. Bəzi tarixşünaslar dəmir metallurgiyanın mosiniklər tərəfindən ixtira etdiyini iddia edirlər.

Ərazi e.ə. II minillik ilə e.ə. IV əsr arasında Diauxi krallığının bir parçası idi. Ərazi bundan sonra VI əsrə qədər İberiya krallığının hakimiyyəti altında olmuşdur.

Bu vilayət XXV əsrlərdə Gürcüstan krallığının hakimiyyətində idi. Vilayət XVI əsrdə Osmanlı imperiyası tərəfindən işğal olunana qədər Samtsxe atabəyliyi tərəfindən idarə olunurdu. Amasiya sülhündən əvvəl və sonra bir müddət Səfəvilərdən asılı olub.

Vilayət 18291917-ci illərdə Rusiya imperiyasının inzibati-ərazi bölgüsü olan Tiflis quberniyasının, 19181921-ci illərdə isə Gürcüstan Demokratik Respublikasının əraziləri daxilində idi. Mesxetiya 19211990-cu illərdə SSRİ-nin Gürcüstan SSR-nin bir parçası idi. Bu dövrdə vilayətdə yaşayan Mesxeti türkləri Mərkəzi Asiyaya sürgün edilmişdir.

Mesxetiya hal-hazırda Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti diyarının bir parçasıdır.

Əhali

Mesxetiyalılar və ya mesxlər (mesxi) gürcü xalqının alt qrupu, Mesxetiyanın yerli sakinləridir. Mesxetiyalıılar gürcü dilinin Mesxetiya ləhçəsində danışırlar və əksəriyyəti gürcü ortodoks xristianlarıdır, lakin aralarında katolik azlığı da mövcuddur.

Mesxeti türkləri və ya Axısqa türkləri Mesxetiya vilayətinin keçmiş sakinləridir. Onlar İosif Stalinin birbaşa əmriylə 1944-cü ilin 14 noyabrından 26 noyabrına qədər Mərkəzi Asiyaya sürgün ediliblər və məcburi şəkildə Qazaxıstan, QırğızıstanÖzbəkistanda yerləşdiriliblər. Məcburi şəkildə sürgün edilmiş 120.000 nəfərin 10.000-i[1] və ya 50.000-i deportasiya zamanı həlak olmuşdur. Onların yaşadıqları evlərə ermənilər köçürülmüdür. 1991-ci ildə Gürcüstan hökuməti onların evlərinə qayıtması təklifini rədd etmişdir. Hal-hazırda 500.000700.000 arası Axısqa türkü Azərbaycanda və Mərkəzi Asiyada yaşayır.[2][3] Axısqa türklərinin əksəriyyəti sünni hənəfi müsəlmanlardır.

İstinadlar

  1. Brennan, Dan. "Guram Mamulia". The Guardian (ingilis). April 5, 2003. November 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.
  2. Krauthamer, Ky. "Meskhetian Turks Bouncing From Exile to Exile". East of Center (ingilis). April 5, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.
  3. Trier, Tom; Andrei Khanzin. The Meskhetian Turks at a Crossroads (ingilis). European Center for Minority Issues. 2008. ISBN 9783825896287. 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-02.

Ədəbiyyat

  • თაყაიშვილი, ე. არქეოლოგიური ექსპედიცია კოლა-ოლთისში და ჩანგლში (gürcü). Tiflis. 1907.
  • ლომსაძე, შ. სამცხე ჯავახეთი (XVIII ს. შუაწლებიდან XIX საუკუნის შუა წლებამდე) (gürcü). Tbilisi. 1975.
  • მუსხელიშვილი, დ. (gürcü) (6). Tbilisi. 1983. səh. 601–602.
  • ნოზაძე, ვ. საქართველოს აღდგენისათვის ბრძოლა მესხეთის გამო (gürcü). Tbilisi. 1989.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.