Samtredia

Samtredia (gürc. სამტრედია) – Gürcüstannın qərbində şəhər, İmeretiya bölgəsində şəhərdir. Şəhər Kolxid düzənliyində, Kutaisidən 27 km qərbdədir. Samtredia şəhərinin adının mənası Mtredi (göyərçin yuvası) sözündən yaranmışdır.

Şəhər
Samtredia
სამტრედია
42°09′45″ şm. e. 42°20′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1880
Mərkəzin hündürlüyü 25 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 22.201 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 3900[2]
Samtredia xəritədə
Samtredia
Samtredia
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Samtredianın adı XVIII əsrin ikinci yarısından Samtredia kəndi kimi tarixi mənbələrdə xatırlanır. Bura İmeretidən olan Mikeladze knyazlarına məxsus idi. 1871-1872-ci illərdə Tbilisi-Poti dəmir yolunun tikintisi Samtrediyanın əhəmiyyətini artırmışdır. Bu dövrdən etibarən Samtredia bir şəhər olaraq adlandırılır.

İqlim

İqlimi yumşaq subtropik və rütubətlidir. Şəhərin yaxınlığında iki çay qovuşur - RioniTsxenitskali. Samtredianın iqlimi

Tarixi abidələr

  • Gelati monastırı - gürcü çarı David Aqmaşenebeli tərəfindən 1106-cı ildə inşa etdirilmişdir.
  • Baqrati kafedral monastırı - gürcü çarı III Baqratın adından götürülmüşdür.
  • Kulaşi kəndi yaxınlığında Mikeladze dinastiyasına məxsus XVI əsrdə inşa edilmiş kilsə qalıqları aşkar olunmuşdur.

Samtrediada doğulmuş məşhurlar

  • Aleksandr Nikuradze (1900−1981), Fizik
  • Kaxa Kaladze (* 1978), Futbolçu
  • David Cocua (* 1989), Şahmatçı
  • Meri Arabidze (* 1994), Şahmatçı
  • Akaki Çaçua (* 1969), Ringer

Həmçinin bax

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. Georgian Post. 1805.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.