Samtavro monastırı
Samtavro monastırı (gürc. სამთავროს მონასტერი) - Gürcüstanın Mtsxeta şəhərindəki Samtavro Transfiqurasiya Kilsəsi və Müqəddəs Ninonun Rahibə monastırını birləşdirən pravoslav xristian monastır kompleksidir. 4-cü əsrdə Kral III Mirian[1][2] tərəfindən inşa edilən və XI əsrdə Kral I George və Katolikos-Patriarx Melkisedek tərəfindən yenidən qurulan Samtavro UNESCO Ümumdünya irsinə daxil olan tarixi memarlıq abidəsidir. Məşhur gürcü rahib Müqəddəs Qabriel Samtavro kilsəsinin həyətində dəfn edilmişdir.
Samtavro monastırı | |
---|---|
სამთავროს მონასტერი | |
41°50′47″ şm. e. 44°43′03″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Msxeta |
Yerləşir | Mtsxeta |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Tikilmə tarixi | IV əsrin 30-cu illəri |
Üslubu | Gürcü memarlığı |
Tipi | Mədəni |
Təyin edilib | 1994 |
İstinad nöm. | 708 |
Dövlət | Gürcüstan |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Samtavro monastırı Tiflisdən 20 km aralıda, Kür və Araqvi çaylarının birləşdiyi Msxeta şəhərində yerləşir. Monastır Bütün Gürcüstanın Katolikos-Patriarxı və Mtsxeta və Tiflis yepiskopu II İlyanın səlahiyyətindədir. Köhnə mənbələrdə Mtsxeta İkinci Qüds adlanır.[3]
Gürcüstanda (İberiya) xristianlığın yayılması 324-cü ildə, Kral 3-cü Mirianın hakimiyyəti dövrünə təsadüf edir.[4][5] Belə ki, kappadokiyalı bakirə və həvarilərə-bərabər sayılan Müqəddəs Nino hazırda monastırın olduğu yerdə kiçik bir böyürtkən kolunun yanında xristianlığın təbliğinə başlamışdır.
IV əsrin 30-cu illərində tikilən kilsəyə Kral Mirian və kraliçası Nananın basdırılması Samtavronu ən yüksək ierarxlarının dəfn məqamına çevirmişdi.[1][3] Uzun müddət Samtavro xristian kilsəsinin mərkəzi idi və səxavətli ianələr sayəsində Gürcüstanın ən zəngin kilsələrindən biri hesab olunurdu.
Gürcüstan salnamələrində Kral Mirian belə demişdir:
"Mən bu böyürtkən kolunun yanında kiçik bir kilsə(Makvlovanidəki kiçik kilsə nəzərdə tutulur) , özüm və gürcü xalqı üçün isə yuxarı kilsəni (Samtavro) tikdim. Aşağı kilsə (Svetitsxoveli) müqəddəslərin müqəddəsi adlanır və buna görə mən heç vaxt onun müqəddəs qapılarına toxunmağa cürət edə bilməzdim ”
Əsrlər boyunca həm zəlzələlər nəticəsində, həm də düşmənlər tərəfindən dağıdılan kilsə XII əsrin birinci yarısında, I Georgenin hakimiyyəti dövründə bərpa edilərək genişləndirildi və cənub qapıları əlavə edildi. Katolikos Melçizedekin fərmanı ilə kilsənin həm içi, həm də çölü orijinal bəzək əşyaları ilə bəzədildi.
XIX əsrin ikinci yarısında Müqəddəs Nina monastırı baş rahibə Nino Amilaxvari tərəfindən yenidən quruldu. Burada qızlar üçün 4 illik ibtidai təhsil verən kilsə məktəbi də təsis edildi, sonradan isə Tbilisiyə köçürüldü.
1994-cü ildə Samtavro monastırı Msxetadakı digər tarixi abidələrlə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Memarlığı
Çox rəngli Samtavro kompleksində bu gün Transfiqurasiya kilsəsi, kiçik Nina Kilsəsi (Makvlovani), zəng qülləsi, qüllə-qala, XV əsrdən bir kilsə ikonostazası və XVII əsrdən qalan freskalar qorunur. Cənub qapısında Müqəddəs Maykl Arçangel Kilsəsi ; şimal qanadında iki kilsə var; Vəftizçi Yəhyanın şərq kilsəsi və Müqəddəs Con Xrisostomun qərb kilsəsi. Əsas qurbangahın solunda başqa bir qurbangah, sağda isə Müqəddəs Mirian və Nana kilsələri var.[5]
Kilsə gürcü memarlığına məxsus orijinal naxışla bəzədilmiş xaç şəklidir. Silindr qülləsi XVIII əsrdə, zəng qülləsi isə XV-XVII əsrlərdə inşa edilmişdir.
Həmçinin bax
İstinadlar
- Rapp, Stephen H. (2003), Studies In Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts, pp. 293-295. Peeters Publishers, ISBN 90-429-1318-5
- Toumanoff, Cyril (1967). Studies in Christian Caucasian History, pp. 83-84, 377. Georgetown University Press.
- Thomson, Robert W. (1996), Rewriting Caucasian History, pp. 83-90. Oxford University Press, ISBN 0-19-826373-2
- Lang, David Marshall (1956), Lives and legends of the Georgian saints, pp. 13-39. London: Allen & Unwin
- Machitadze, Archpriest Zakaria (2006), "The Feast of the Robe of our Lord, the Myrrh-streaming and Life-giving Pillar, Equals-to-the-Apostles King Mirian and Queen Nana, and Saints Sidonia and Abiatar (4th century)" Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine, in The Lives of the Georgian Saints Arxivləşdirilib 2008-06-14 at the Wayback Machine. Pravoslavie.Ru. Retrieved on April 15, 2009.
Xarici keçidlər
- Samtavro monastırı Православие.Ru saytında
- Samtavro monastırı Mygeotrip saytında
- Samtavro monastırı Arxivləşdirilib 2019-07-11 at the Wayback Machine Georgianholidays saytında
- Müqəddəs Qabrielin veb saytı
- Samtavro monastırı Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine