Samsung Galaxy Note 10.1

Samsung Galaxy Note 10.1Samsung şirkətinin istehsal etdiyi planşet.

Xüsusiyyətləri

Galaxy Note 10.1 planşeti 10,1 düymlü sensor ekrana malikdir. Aparata Android 4.0 Ice Cream Sandwich proqram platforması quraşdırılıb. Planşet barmaqlarla idarəetməni və S Pen adlı xüsusi qələm vasitəsilə əllə daxiletməni dəstəkləyir. S Note aləti vasitəsilə birbaşa veb-brauzer, foto və ya videomateriallarda qeydlər etmək mümkündür. Model 1,4 QHs takt tezliyində işləyən 4 nüvəli prosessorla təchiz edilib. Əməli yaddaş tutumu 2 QB təşkil edir. Ekranın təsvir ölçüsü 1280×800 nöqtəyə (WXGA) bərabərdir.[1]

Galaxy Note 10.1 planşeti, həmçinin 5 və 1,9 meqapiksel matrisli kamera, GPS/QLONASS qəbuledicisi, MicroSD (64 QB-a qədər) slotu, Bluetooth 4.0 və Wi-Fi 802.11a/b/g/n simsiz rabitə adapterləri, akselerometr, rəqəmli kompas, işıqlanma datçiki və jiroskop tənzimçisi ilə təchiz olunub. Planşetin ölçüsü 262×180×8,9 millimetr, çəkisi təxminən 600 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 7000 milliamper/saata bərabərdir.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.