Samosir adası
Samosir (ind. Pulau Samosir) — Sumatra adasının şimalında, Toba gölü daxilində yerləşən ada. Vulkanik mənşəlli adadır. İnzibati baxımından Samosir dairəsinə daxildir. Ada sönmüş Toba vulkanının kalderasıdır[1].
Samosir adası | |
---|---|
ind. Samosir, | |
Ümumi məlumatlar | |
Sahəsi | 640 km² |
Hündür nöqtəsi | 2157 m |
Əhalisi | 95.238 nəfər (2010-cu il) |
Yerləşməsi | |
2°35′44″ c. e. 98°44′38″ ş. u. | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
Ada 640 km² əraziyə sahibdir. O göldə yerləşən 5-ci ən böyük adadır. Üstəlik digər adada yerləşən ən hündür adadır. Qərbdən Panqururan şəhəri ilə Tele şəhərləri süni bərzəxlə birləşirlər.
Turizm
Ada turistlər arasında özünün təbiəti və batakların mədəniyyəti ilə məşhurdur. Turistik obyektlərin çoxu Tukyuk bölgəsində yerləşir. Ora Panqururandan gəlmək mümkündür. Yerlilər demək olar ki, ingiliscə sərbəst danışırlar.
İstinadlar
- Toba, Sumatra, Indonesia Arxivləşdirilib 2006-06-26 at the Wayback Machine Volcanoworld, Accessed June 7, 2006
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.