Əbcəd

Əbcəd hesabıTürk, ərəbfars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir. Əbcəd hesabında Ərəb əlifbasının hər hərfi konkret say bildirir; Məsələn, Əlifin (ا) qiyməti 1-dir, Nunun (ن) qiyməti 50-dir:[1]

Əlif ا1Ha ح8Sin س60Tə ت400
Bə ب2Ta ط9`Ayn ع70Sə ث500
Cim ج3Yə ي10Fə ف80Xa خ600
Dəl د4Kəf ك20Sad ص90Zəl ذ700
Hə ه5Ləm ل30Qaf ق100Dad ض800
Vəv و6Mim م40Ra ر200Za ظ900
Zə ز7Nun ن50Şin ش300Ğayn غ1000

Mənbə

  1. ""Əbcəd Hesabı və Cəfr Elmi"". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.