Samir Rzayev
Samir Rzayev (9 may 1980, Bakı) — "Azərbaycan Hava Yolları" QSC-nin prezidentidir (22 fevral 2024-cü ildən). Samir Rzayev daha öncə “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti (2022-2024) və prezident vəzifəsini müvəqqəti icra edən (2023-2024) olub.
Samir Rzayev | |
---|---|
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti | |
Vəzifədədir | |
22 fevral 2024-cü ildən | |
Əvvəlki | Cahangir Əsgərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili |
Həyatı və karyerası
Samir Musa oğlu Rzayev 1980-ci il mayın 9-da Bakıda anadan olub. 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat üzrə magistr təhsili alıb. 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində Maliyyə və investisiya üzrə magistr təhsili alıb. [1] 2001 oktyabr - 2003 sentyabr - Azərbaycan Respublikasının Mərkəzi Bankında İqtisadçı vəzifəsində çalışıb. 2004 sentyabr - 2005 iyul - Azərbaycan Respublikasının Mərkəzi Bankında Aparıcı iqtisadçı vəzifəsində çalışıb. 2005 iyul - 2007 mart - Azərbaycan Respublikasının Mərkəzi Bankında Xarici ehtiyatların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007 mart - 2008 yanvar - “PAŞA İnşaat” MMC-də Maliyyə direktoru vəzifəsində çalışıb. 2008 yanvar - 2009 mart - “PAŞA İnşaat” MMC-də Kommersiya direktoru vəzifəsində çalışıb.[1] 2009 mart - 2016 oktyabr - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2016 oktyabr - 2017 iyul - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Baş maliyyə direktoru vəzifəsində çalışıb. 2017 avqust - 2022 fevral - “Azərbaycan Supermarket” MMC-də Ticarət direktoru vəzifəsində çalışıb. 2022 fevral - 2022 noyabr - Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti vəzifəsində çalışıb.[2] 2022 noyabr - 2024 fevral - Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti vəzifəsində çalışıb.[3] 22 fevral 2024-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti təyin edilib.[3]
İstinadlar
- "AZAL-ın yeni prezidenti Samir Rzayev KİMDİR? - DOSYE". Konkret (az.). 22 fevral 2024. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
- "AZAL-a prezident təyin edilən Samir Rzayev kimdir? - DOSYE". Yeni Müsavat. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
- "Samir Rzayev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib". Report İnformasiya Agentliyi (az.). 22 fevral 2024. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.