Samir Qulamov

Samir Ceyhun oğlu Qulamov (21 oktyabr 1977, Bakı) — Azərbaycan aktyoru, quruluşçu rejissor, ssenarist və prodüser.

Samir Qulamov
Doğum tarixi 21 oktyabr 1977(1977-10-21) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, rejissor, prodüser, ssenarist
Təhsili

Həyatı

Samir Qulamov 21 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb (Xalq artistləri Azərpaşa Nemətov və Əliabbas Qədirovun kursu.) (1995–2000). Bundan başqa Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin "Ali ssenari və rejissorluq" fakültəsi (2007–2009) , Amerika — Azərbaycan kinorejissorluq kursu (2009) , Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsində təhsil almışdır (2009–2011).

Ailəlidir, iki oğlu var.

Fəaliyyəti

İndiyə qədər 12 tamaşaya quruluş verib, 17 tamaşada rol almışdır. Ümumilikdə 34 dövlət tədbirinin rejissoru olmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 1-ci "Star" film festivalı təşkilat komitəsinin üzvü olmuşdur. Əlavə olaraq "Azərbaycan ailəsi" film festivalının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə birgə yaradıcısı və münsiflər heyətinin üzvü olmuşdur.(Tərəfdaş nazirliklər: Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi). 3 Serial, bir neçə tam və qısa metrajlı filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2006-cı ildə "Artist" kino şirkətini təsis etmişdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor (2019 — davam edir) kimi işləyir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000–2006), Space Müstəqil Teleşirkətində rejissor (2002–2004), İctimai Tv — də rejissor (2005–2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006–2008), Sumqayit Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan Dövlət Televiziyasında (AzTv) rejissor (2007–2009) , Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006–2012) kimi işləmişdir.

Mükafatlar

  1. "Fenomen Academy" tərəfindən verilən — Ümummili lider Heydər Əliyev — 100 "Qaliblər" mükafatı (2023)
  2. Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatı — İlin ən sevilən tamaşası (2022)
  3. İranın "Fəcr" beynəlxalq teatr festivalında — Peşəkar tamaşa mükafatı (2022)[1]
  4. Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatı — İlin ən yaxşı işgüzar rejissoru (2021)[2]
  5. Yeni Azərbaycan Partiyası tərəfindən mükafatlandırılmışdır — İlin ən yaxşı rejissoru (2013)
  6. Mədəniyyət Nazirliyi, İdman və Gənclər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən diplom ilə təltif olunmuşdur. (2008)
  7. "Gənc rejissorlar" teatr festivalında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının diplomları ilə təltif olunmuşdur. (2007)
  8. Mədəniyyət Xadimlərinin Həmkarlar Konfederasiyası tərəfindən mükafat — İlin fəal ictimaiyyətçisi (2005)

Quruluş verdiyi və rol aldığı tamaşalar

  1. "Poqanini" (hal-hazırda məşqlər davam edir) — pyesin müəllifi və quruluşçu rejissor
  2. "Leyli və Məcnun" əsəri (hal-hazırda məşqlər davam edir) — quruluşçu rejissor və libretto müəllifi[3]
  3. "Paris Notr-Dam kilsəsinə ithaf" (V. Hüqo) — quruluşçu rejissor və libretto müəllifi[4][5][6][7]
  4. "Bir nəfəs qədər" — pyesin müəllifi və quruluşçu rejissor[8][9][10][11]
  5. "Məchul pilləkən" — quruluşçu rejissor[12][13][14]
  6. "Paris Notr-Dam Kilsəsi" — quruluşçu rejissor
  7. "Ağ qayıq" (E. Abdullayev)[15] — quruluşçu rejissor
  8. "Məbəs" — quruluşçu rejissor
  9. "Hidayət qapısı" — quruluşçu rejissor
  10. "Başsız qalan qoşun" — quruluşçu rejissor
  11. "Əmanət" — quruluşçu rejissor
  12. "Sevgi Qurbanı" — quruluşçu rejissor
  13. "Eşq" — quruluşçu rejissor
  14. "Ağ bayraqlar" (N. Dumbadze)[16] — quruluşçu rejissor
  15. "Dirilən adam" (Mir Cəlal Paşayev) — baş rol (Qədir)
  16. "Afət" (H. Cavid) — əsas rollardan biri
  17. "Eşq və intiqam" (S. S Axundov) — əsas rollardan biri (Səfi bəy)
  18. "Rəqabət" (B. Vahabzadə) — əsas rollardan biri (Rizvan)
  19. "Hamlet" (V. Şekspir) — əsas rollardan biri (Bernardo və Fortenbrans)

Filmoqrafiya

  1. Xarı bülbül əfsanəsi (2023, qısametrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[17]
  2. Təki vətən sağ olsun (2022, qısametrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[18][19]
  3. Sündü (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[20][21]
  4. Laçına ithaf (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[22][23][24]
  5. Əsirlikdən qayıdan lampa (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[25][26][27]
  6. Böyük qayıdış (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[28][29]
  7. Döyüşən teatr (2020, sənədli film) — quruluşçu rejissor və ssenari müəllifi[30][31]
  8. Sevgi naminə (2018–2019, bədii serial) — quruluşçu rejissor və ssenari müəllifi
  9. Ümidlər puç olanda (2018, tammetrajlı bədii film) — quruluşçu rejissor[32]
  10. Mən klounam (2017, tammetrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[33]
  11. Qayıdış (2016, tammetrajlı bədii film) — ikinci rejissor, aktyor
  12. Canavar qoxusu (2014, tammetrajlı bədii film) – quruluşçu rejissor, ssenari müəllifi, baş prodüser
  13. Sonun başlanğıcı (2012–2013, bədii serial) — quruluşçu rejissor, ssenari müəllifi
  14. Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) — aktyor
  15. Küləklər şəhəri (2011, bədii serial) – quruluşçu rejissor və ssenari müəllifi[34]
  16. Tunel (2009, tammetrajlı bədii film) — aktyor
  17. Sevimli xəstə (bədii serial) — aktyor (Rəcəb)
  18. Üşüyən ümid (2009, qısametrajlı bədii film) – quruluşçu rejissor
  19. Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) — aktyor (Əli)
  20. Cavid ömrü (2007 , tammetrajlı bədii film) — aktyor (Elxan)
  21. Sonuncu şahid (2004, bədii serial) — aktyor (Azər Səmədzadə)
  22. Bəyaz həyat (2003, bədii serial) — aktyor (Akif)
  23. Atillanın atlıları (2002, tammetrajlı film — tamaşa) — aktyor (əsgər)
  24. "Qazan xanın evinin yağmalanması" boyu (Dədə Qorqud dastanının motivləri əsasında) (2000, Televiziya filmi) — aktyor (baş rol, Uruz)

İstinadlar

  1. "Tehranda 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında Akademik Musiqili Teatrın kollektivi alqışlarla qarşılanıb". musiqiliteatr.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  2. "Musiqili Teatrın əməkdaşları mükafatlandırıldı". kulis.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  3. "Akademik Musiqili Teatrda "Leyli və Məcnun"". milli.az (az.). 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  4. ""Paris Notr-Dam kilsəsi" Akademik Musiqili Teatrında". culture.gov.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  5. ""Paris Notr-Dama ithaf" tamaşası uzun fasilədən sonra yenidən səhnədə". azertag.az (az.).
  6. "Mədəni gənclik ötən günü Paris Notr-Dama ithaf edib". teatro.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  7. "Azərbaycan səhnəsində ucalan Notr-Dam". anl.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  8. "Akademik Musiqili Teatrda Zəfər Gününə premyera – "Bir nəfəs qədər"". teatro.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  9. ""Bir nəfəs qədər" tamaşası nümayiş olunub". kulis.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  10. ""Bir nəfəs qədər" tamaşası növbəti dəfə göstərilib". medeniyyettv.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  11. ""Bir nəfəs qədər"". medeniyyet.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  12. "Akademik Musiqili Teatrda "Məchul pilləkən" alqışlarla qarşılandı". 1news.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  13. ""Məchul pilləkən" tamaşasının premyerası keçiriləcək". kulis.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  14. "Akademik Musiqili Teatrda növbəti premyera - "Məchul pilləkən"". medeniyyettv.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  15. ""AĞ QAYIQ" FİLM-TAMAŞASININ PREMYERASI OLMUŞDUR". azertag.az (az.).
  16. "SUMQAYIT DÖVLƏT MUSİQİLİ DRAM TEATRI "AĞ BAYRAQLAR" TAMAŞASINI TƏQDİM ETMİŞDİR". azertag.az (az.).
  17. "Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Xarı bülbül əfsanəsi" adlı qısametrajlı film hazırlayıb". sabaha-inamla.az.
  18. "Akademik Musiqili Teatrdan Zəfər Günümüzə hədiyyə". kulis.az (az.). 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  19. ""Təki Vətən sağ olsun!" – VİDEO". bakupost.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  20. "Musiqili Teatr 31 martla bağlı videoçarxlar hazırlayıb". azvision.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  21. "Tarixi yaddaşımızdan silinməyən soyqırım "Sündü" filmində". press.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  22. "Musiqili Teatrdan "Laçına ithaf"". medeniyyettv.az (az.). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  23. "Akademik Musiqili Teatr növbəti işini Laçına ithaf etdi". dominant.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  24. "Musiqili Teatrdan "Laçına ithaf" layihəsi". kulis.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  25. ""Əsirlikdən qayıdan lampa"". adalet.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  26. "Musiqili Teatr Xocalı haqqında film çəkdi". kulis.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  27. "Akademik Musiqili Teatrı "Xocalıya ədalət!" kampaniyasında". az.baku-art.com (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  28. "Musiqili Teatr Qarabağa möhtəşəm qayıdışı "Böyük qayıdış" filmində göstərdi". musiqiliteatr.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  29. "Qarabağdakı azad ruhlara ithaf". medeniyyet.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  30. "Musiqili Teatr "Döyüşən teatr" sənədli filmini təqdim edib". ikisahil.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  31. "Musiqili Teatr növbəti videoçarxı şəhid Əliağa Məmmədovun xatirəsinə ithaf edib". medeniyyettv.az (az.). 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  32. ""Ümidlər puç olanda" filminin təqdimatı keçirilib"". magazinews.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  33. ""Mən Klounam" filminin təqdimatı keçirilib". yenigundem.az (az.).
  34. ""Küləklər şəhəri": yeni milli teleserial". medeniyyet.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.