Samir Məmmədov (boksçu)
Samir Məmmədov (15 may 1988, Bakı) — Azərbaycanı təmsil edən boksçu.[1]
Samir Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Samir Məmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 15 may 1988 (35 yaş) |
Doğum yeri | |
Boyu | 162 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
Karyerası
Samir Məmmədovun beynəlxalq turnirlərdə debütü 2003-cü ildə oldu. Samir Məmmədov Litvanın Kaunas şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının və Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.
2005-ci ilin noyabrında Samir Məmmədov Çində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Turnirin təsnifat mərhələsində Qırğızıstan nümayəndəsi Tileq Saparbəy Uluya 32:18, 1/16 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya 36:20 hesabları ilə qalib gələn Samir Məmmədov 1/8 final mərhələsində Dominikan Res. nümayəndəsi Xuan Karlos Payano 26:36 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[2]
Samir Məmmədov beynəlxalq turnirlərdə birinci uğuruna 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında imza atdı.[3] Turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya, 1/4 final mərhələsində isə Ermənistan nümayəndəsi Vaçaqan Avaqyana (44:20) qalib gələn Samir Məmmədov Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[3] Final gedən yolda onun rəqibi Fransa nümayəndəsi Cerom Tomas oldu.[3] Həmin görüşdə Samir Məmmədov rəqibi üzərində 52:33 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Georgi Balaxşin oldu.[3] Həmin görüşdə Samir Məmmədov 30:44 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.[3]
Daha sonra Samir Məmmədov 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında mübarizə apardı.[4] Turnirin təsnifat mərhələsində İspaniya nümayəndəsi Xuan Padilla üzərində qələbə qazanan Samir Məmmədov 1/16 final mərhələsində Çin Taybeyi nümayəndəsi Li Çhu Fena, 1/8 final mərhələsində isə Tacikistan nümayəndəsi Ənvər Yunusova qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Puerto-Riko nümayəndəsi Villiams Arroyo oldu.[4] Həmin görüşdə Samir Məmmədov rəqibi üzərində 33:22 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[4] Finala gedən yolda isə onun rəqibi ABŞ nümayəndəsi Rau'şe Varren oldu.[4] Bu görüşdə Samir Məmmədov rəqibinə 14:26 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.[4]
2008-ci ilin avqustunda Samir Məmmədov Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.[5] −51 Kq. turnirində çıxış edən Samir Məmmədov avqustun 12-də olimpiadanın 1/16 final mərhələsində Mərakeş nümayəndəsi Abdeillah Nhaila ilə üz-üzə gəldi.[5] Həmin görüşdə Samir Məmmədov rəqibi üzərində 20:4 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə isə onun rəqibi son Dünya Çempionatının finalçısı Tailand nümayəndəsi Somyit Yonqyohor oldu.[5] Həmin görüşdə Samir Məmmədov rəqibinə 2:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[5]
Həmin ilin noyabrında isə Samir Məmmədov İngiltərənin Liverpul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[6] Samir Məmmədov turnirin təsnifat mərhələsində Ukrayna nümayəndəsi Alexander Yeqorova qalib gəlsə də (14:10), 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Ryan Lindberqa məğlub oldu (4:11) və Avropa Çempionatında mübarizəsini başa vurdu.[6]
Bundan sonra Samir Məmmədov bir müddət idmandan uzaqlaşdı. Samir Məmmədov 5 ildən sonra, 2013-cü ilin iyununda Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı.[7] Turnirin təsnifat mərhələsində Samir Məmmədov Xorvatiya nümayəndəsi Mirsad Ahmediya qalib gəldi (3:0) və 1/8 final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Moldova nümayəndəsi Vyaçeslav Gojan oldu.[7] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Samir Məmmədov rəqibi üzərində qələbə qazandı (2:1) və Avropa Çempionatının 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə isə onun rəqibi Ermənistan nümayəndəsi Aram Avaqyan oldu.[7] Həmin görüşdə Samir Məmmədov rəqibinə məğlub oldu (1:2) və Avropa Çempionatında medalın bir addımlığında mübarizəsini dayandıraraq turniri beşinci pillədədə başa vurdu.[7]
Nəticələri
Dünya Çempionatı | Çin | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ | |||
Olimpiya Oyunları | Çin | |||
Avropa Çempionatı | İngiltərə | |||
Avropa Çempionatı | Belarus |
İstinadlar
- Olympedia.org. "Samir MƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Amateur-boxing.strefa.pl idman portalı. "2005 World Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Amateur-boxing.strefa.pl idman portalı. "2006 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Amateur-boxing.strefa.pl idman portalı. "2007 World Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Olympedia.org. "2008 Summer Olympics / Boxing / Flyweight (51 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Amateur-boxing.strefa.pl idman portalı. "2008 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Amateur-boxing.strefa.pl idman portalı. "2013 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.