Samirə Əliyeva (aşıq)
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — azərbaycanlı aşıq. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
Samirə Əliyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1981 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1991-indiyəqədər |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür.
1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr,
2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır.
2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir.
2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır. 2006-cı ildən ADMİU-nun dissertantı olmuş, 2011-ci ildə isə araşdırdığı "Aşıq sənətində teatrallıq və onun təzahür formaları" mövzusunda sənətşünaslıq üzrə elmi işi ərsəyə gətirib müdafiə etmişdir. 2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomu ilə, 2014-cü ildə isə Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunmuşdur. 2014–2017-ci illərdə Prezident mükafatçısı olmuşdur. Bir sıra məqalə, konfrans materiallarının və proqramların, o cümlədən aşıq sənəti üzrə təhsil alan tələbələr üçün "İxtisas", "Aşıq sənətinin tarixi və nəzəriyyəsi" və magistr pilləsi üzrə "Aşıq sənətinin müasir istiqamətləri" adlı proqramın tərtibçisi, "Dastan ifaçılığı bir aktyorun teatırı kimi" dərs vəsaitinin müəllifidir. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur.
2018-ci ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında hesabat çıxışı olmuşdur.
2019-cu ilin aprel ayında, YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq "Bakshı festivalı" –da II yerə layiq görülmüşdür. Həmin ili iyun ayında YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində solist olaraq, yadda qalan və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin və YUNESKO rəhbərliyinin fəxri diplomuna layiq görülmüşdür. Həmin ilin Sentyabr ayında Heydər Əliyev mərkəzində 31 ölkənin XVIII–XX əsrlərə aid olan 200-dək musiqi aləti bir arada -"Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində "Aşıqlar" və "Saz" bölmələrində yeganə gənc aşıq olaraq, solo ifaları və yaradıcılığı ilə bağlı məlumatlar yer almışdır.
29 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA-nın N.Gəncəvi adına ədəbiyyat institutu, Beynəlxalq Türk akademiyası və Türksoyun birgə təşkil etdiyi AŞIQ ƏLƏSGƏR −200 "Göyçədən Türk dünyasına" virtual konfransında iştirak etmişdir.
12 may 2021-ci il tarixində Şuşada keçirilən "Xarı bülbül" festivalının iştirakçısı olmuşdur.
Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə olaraq "Leyli və Məcnun" dastan-tamaşasında Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880 xatirə nişanı" ilə təltif olunmuşdur.
Samirə Zimirxan qızı Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olub. Əsli Tovuzdandır. ADMİU-da 1998–2002-ci illərdə rejissorluq üzrə bakalavr, 2002–2004-cü illərdə mədəniyyətşünaslıq üzrə magistratura təhsili almışdır.
2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur. Aşıq Samirə 2008-ci ildə YUNESKO-nun xətti ilə milli sənətin təbliği ili kimi qeyd olunan Fransa səhnəsində çıxış edən ilk xanım aşıqdır[1].
Aşıq Samirə Əliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb[2]. 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5] və 1 may 2017-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
"Sənətinə Aşiq Samirə" adlı diski buraxılıb.
O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[7]
2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib
Filmoqrafiya
- Hərənin öz payı+tayı (film, 2006)-Qəndab
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü)
İstinadlar
- "Samirə sazı ilə görün neylədi? — azab.az saytı". 2014-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
- "Fəxri ad alan Aşıq Samirə 82 manat xərcə düşdü — news.lent.az saytı". 2014-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-23.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- "YAP-a üzvlər qəbul edildi". 2011-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.