Samaqirlər
Samaqirlər (Samarlar) — dağ Nanayları, nanayların subetnik qrupu, Qorin çayı hövzəsində yayılmış az saylı xalq. Tunqus-mancur dilləri aid olan dildə danışırlar. Amurönü ərazilərdə yayılmışlar. 1927-ci ildə samaqirlərin yaşadığı ərazilərdə Yevgeni Şneyderin ekspedisiyası təşkil edilmişdir.
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
Şamanizm, Provaslav, | |||
Qohum xalqlar | |||
Adı
Samaqir sözü samar - Şaman və gir isə cins mənasını verir. Bu onların şaman cinsindın olmasına dəlalət edir.
Tarixi
[[Bladimir Klavdieviç Arsenev dəstiqləyirdi ki, samagirlər haqqında ilk məlumatı hələ XVII əsrdə kazaklar vermişlər.
İlk dəfə köçəri samagirlər Qorin çayı ətrafı ərazilərə XVII əsrdə miqrasiya etmişlər. Burada isə nanaylarlar bir ərazidə yaşamalı olmuşlar. S. Patkanov məlumat verərək bildiridi ki, samagirlərlə nanayların yaşadığı ərazilər arasında 120-130 verstlik məsafə vardır. Bu sahələr boşluq ərazilərdən ibarət olmuşdur. Ancaq qış ayları onlar (samaqirlər) həmin əraziyə gələrək qışı burada keçirirlər. XIX-XX əsrlərdə artıq balıqçı nanaylarla köçəri samağirlər arasında olan bu xətt tədricən itmişdir. Onların bir-birinə qsynayıb qarışması baş verir. Balıqçı nanaylar öz xüsüsiyyələrini itirərək köçəri həyat sürməli olurlar.
N. Q. Karqerin araraşdırmaları onu göstərdi ki, «samaqir» terminini Qirina çayı vadisində yaşayan bütün insanlara şamil etmək düzgün olmazdır. Belə ki, burada samagirlərlə birlikdə yaşayan bəzi qruplar var idi ki, onlar özlərini samagir hesab etmirdilər. Üstəlik samagielərdən fərqlənən Diqor, Tumalı, Caksor, Aymuka və Alçeka kimi etnik qruplar yayılmışdır. Onları yeni yaranan və tam xalq formasına cata bilməyən, etnik qruplar arasındakı birləşmələrdən yaranan etnik birliklərdir.
XIX və XX əsrin əvvəli «Qarin etnosu» geniş işlədilir. 1926—1927 illərdə qarin etnosunu İ. İ. Karqer və N. Q. Kozminski araşdırmışdır. Onlar əhalini qeydə almış və işlə bağlı 130 şəkil çəkmişlər. Əhalini qeydə alan etnoqraflar Amur çayı boyunca Bolon gölünə olan 163 km məsafədə 1 775 insan yaşadığı müəyyənləşmişdir. Qorina çayının mənsəbində 1 km² əraziyə 10,9 nəfər düşürdü. Halbu ki, Anyoya çayı mənsəbində isə 1 km² ərazidə 5,4 nəfər yaşadığı müəyyənləşmişdir.
Bir müddətdən sonra samaqirlər samar adı ilə nanayların bir qolu elan edilmişdir. A. V. Smolk samarların bir çox xərqli xüsusiyyətlərini ortaya qoymuşdur
Hazırda Kondon kəndində yaayan insanlar öz soy köklərini samaqirlə bağlayırlar. İlk samagirlər sagirlərin tərkibinə daxil edilirlər[3]
Tatınmış samaqirli
- Akim Dmitrieviç Samar[4] (1916—1943) — İlk nanay yazıçısı.
Ədəbiyyat
- Путинцева Н.П. О преданиях горинских нанай // Языки и фольклор народов Крайнего Севера.. — Л.: ЛГПИ им. А.И. Герцена, 1965.
- Kаргер Н.Г. Отчет об исследовании материальной культуры и верований гаринских гольдов //Гарино-Амгунская экспедиция 1926 г.. — Л., 1929.
- Смоляк А.В. Этнические процессы у народов Нижнего Амура и Сахалина.. — М.: Наука, 1975. — 230 с.
İstinadlar
- "Национальный состав населения Российской Федерации согласно переписи населения 2010 года". 2021-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- "Всероссийская перепись населения 2002 года". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- "Россия и АТР 2005 № 4. Основные характеристики горинской группы нанайцев" (PDF). 2015-11-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- "Б. Дулин. Большой поэт малого народа. Дальний Восток. — 1969. — № 1. — С. 135—137". 2015-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
Mənbə
- Arxivləşdirilib 2006-04-30 at the Wayback Machine Rusiya etnoürafik muzeyi
- Выпуски телепередачи «Редкие люди — Самагиры. Под сенью спящего дракона» Arxivləşdirilib 2015-11-19 at the Wayback Machine