Samanta Cons (Böyük şəhərdə seks)

Samanta ConsKendis BuşnellinBöyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır.

Samanta Cons
ing. Samantha Jones
Böyük şəhərdə seks obrazı
Kim Ketrall tərəfindən Böyük şəhərdə seks 2
filmində yaradılmış Samanta Cons obrazı
Məlumat
Cinsi qadın
Milliyyəti amerikalı

Obrazın tarixi

Roman və serialda

“Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.”

Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır.

Samantanın gənclik illəri haqqında çox az məlumat var. Yalnız o məlumdur ki, məktəb yaşlarından çalışmağa başlayan Samanta, yeniyetməliyini “Dairy Queen” barında barmen işləyərək keçirmişdir. Serialın üçüncü mövsümündə “anam mənim yaşda olanda üç körpə və içki düşkünü ərlə əziyyət çəkirdi” deməsi ilə, Samantanın ən azı iki qardaşı (və ya bacısı) olduğu məlum olur. 1970-ci illərin ortalarından onun Nyu-York şəhərindəki “Studio 54”də rəqs etməyə başlaması məlum olur. O, ən azı iki abort əməliyyatı keçirdiyini və bunlardan birinin kollecdə oxuduğu dövrdə yaşandığını xatırlayır.

Samanta dörd rəfiqədən ən yaşlı olanıdır. “Böyük şəhərdə seks 2” filmində onun 52 yaşı olduğu məlum olur. Samantanın şəxsi ictimaiyyətlə əlaqələr şirkəti var. Romana əlavə olaraq yazılmış kitabda Kerri Bredşounun üç rəfiqə arasında ilk dəfə Samanta ilə tanış olduğu qeyd edilir.

Serialın əvvəlki seriyalarında o, şəhərin Yuxarı Şərq hissəsində yaşasa da, serialın sonuna yaxın Mitpakinq rayonuna köçür. Samantanın ən yaxşı xüsusiyyətlərindən biri rəfiqələrinə sadiqliyidir. Kerri ona müraciət edərək Mr. Biqlə evlənməyə şübhə etdiyini, Eydn və Mr. Biq arasında seçim edə bilmədiyini dedikdə, Samanta tənqid etməyin onun tərzi olmadığını, istənilən halda rəfiqəsinin qərarını dəstəkləyəcəyini bildirir. Samanta bəzən Şarlotta ilə yola getmir, lakin onlar ortaq dil tapa bilirlər. Mirandanın uşağa baxmaqdan saç ustasına getməyə vaxtı olmadığını gördükdə, heç sevməsə də, uşağın yanında qalaraq, rəfiqəsini gözəllik salonuna göndərir. Uşaq ağladıqda isə, orijinal üsuldan istifadə edərək vibratorunu oynatması üçün uşağa verir. Mirandanın Kerriyə daha yaxın olduğu göstərilsə də, Samanta və Kerri arasında da xüsusi bir bağlılığın olduğu təsvir edilir və birinci filmdə Kerri evlənərkən gəlin rəfiqəsi olmağı Samantaya təklif edir. Kerri Eydnın Mirandanın məsləhəti ilə aldığı üzüyü bəyənmir, lakin dəyişdirərək Samantanın məsləhəti ilə aldığı üzüyü sevir.

Serialın sonuncu mövsümündə Samantaya süd vəzi xərçəngi diaqnozu qoyulur. Kimyaterapiyasından sonra onun saçları tökülməyə başlayır və Samanta başını keçəl qırxdırır. Bundan sonra o, müxtəlif pariklərdən və şlyapalardan istifadə etməyə başlayır. Son mövsümün seriyalarından birində Samanta xərçəng xəstələri qarşısında nitq söyləyərək bu xəstəlikdən xilas olmanın mümkünlüyünü bildirir.

Böyük şəhərdə seks:Film

Dörd il sonra Samanta Smitlə birgə Los-Ancelesdən Nyu-Yorka dönür. İndi Smit məşhur bir serialda həkim rolunu canlandırır. Smitin başı karyerasına qarışdığından Samantaya əvvəlki kimi diqqət ayıra bilmir. Belə bir zamanda Samanta qonşuluqda yaşayan seksual Danteyə meyl etməyə başlayır. Dante Samantanın kişi versiyası kimi təqdim edilir. Artıq Smitə maneə olmamaq üçün Samanta ondan ayrılmaq qırarına gəlir. Filmin sonunda Samanta rəfiqələri ilə birgə 50 yaşını qeyd edir.

Böyük şəhərdə seks 2

Bu filmdə Samanta zəngin ərəb şeyxlərindən biri tərəfindən onun otellərinin PR-ı ilə məşğul olmaq təklifi alır. Daha sonra isə rəfiqələri ilə birgə Əbu-Dabiyə uçur. Lakin hava limanında BƏƏ-də qadağan edilməsi səbəbiylə Samantanın bütün hormonal həblərini əlindən alırlar. Səhrada istirahət zamanı qızlar Danimarkalı memar Rixard Spirtlə (Maks Rayan canlandırır) tanış olurlar. Sonradan Samanta sahildə Rixardla sekslə məşğul olduğuna görə həbs edilir, lakin tezliklə azad olunur. Şeyxin köməkçisi dəvət müddətinin başa çatdığını bildirir və qızlar təcili otağı tərk etməli olurlar. Filmin sonunda Samanta və Rixardın ABŞ-da çimərlikdə azad sekslə məşğul olduğu göstərilir.

Əlaqələri

Samantanın həyatdakı əsas sevgisi kişilərdir – bütün kişilər.[1][2] Serial ərzində Samanta bakirə tələbədən yaşlı kişiyə kimi müxtəlif xarakterlərə malik onlarla kişilərlə yatır. Lakin o heç bir kişiyə ona bağlanmağa imkan vermir. Bir dəfə Samanta rəfiqəsi Şarlottanın qardaşı ilə yatır və əsəbləşən Şarlotta Samantanın vaginasını “həmişə qapısı açıq olan isti məkan” adlandırır.

Samantanın çoxlu əlaqələri olmasına baxmayaraq onlardan yalnız bir neçə nisbətən uzun müddətli və ciddi olur.

Ceyms

Samanta Ceymslə (Ceyms Qudvin) birinci mövsümün sonunda caz barda tanış olur. Samanta üçün nə qədər qeyri-adi olsa da başlanğıcda o, Ceymslə sekslə məşğul olmur, lakin sonra onlar nəhayət ki birləşirlər. Birinci mövsümün sonunda Samanta Ceymsi çox istədiyini, lakin penisi onun üçün çox kiçik olduğundan əzab çəkdiyini bildirir.

Mariya

Dördüncü mövsümdə Samanta lezbiyan əlaqə quraraq Mariya (Sonya Braqa canlandırır) ilə birgə olur. Rəfiqələri bu xəbəri ciddi təəccüblə qarşılayırlar. Şarlotta “Samantanın həyatı kişilərdən ibarətdir, o kişisiz yaşaya bilməz” deyir. Samanta da oxşar hisslər keçirərək Mariyaya onunla yalnız rəfiqə olmaq istədiyini bildirir. Lakin Mariya bunu edə bilməyəcəyini dedikdə, onlar öpüşürlər. Bir müddət davam edən münasibətlərdən sonra Mariya Samantanı qısqanmağa başlayır və beləcə onların münasibəti başa çatır.

Riçard Rayt

Dördüncü mövsümün sonunda Samanta otel meneceri olan Riçard Raytla (Ceyms Reymar canlandırır) tanış olur. Samanta ilk dəfə həqiqətən də aşiq olduğunu hiss edir və bundan qorxur. Lakin bir müddət sonra Riçardın ona xəyanət etdiyini hiss edərək onu izləməyə başlayır. Onun şübhələri təsdiqini tapır və qəlbi sınır. Lakin özünü saxlaya bilməyərək ona ikinci şans verir. Bir müddət sonra Riçardın eyni hərəkətlərə davam etdiyini öyrənən Samanta ondan ayrılır.

Cerri Cerod/Smit Cerod

28 yaşlı həvəskar aktyor/ofisiant Cerri Cerodla (Ceyson Luis canlandırır) Samanta rəfiqələri ilə birgə nahar edərkən tanış olur. Daha sonra o, yenidən həmin restorana gəlir, lakin bu dəfə tək olur. Beləcə gənclə tanış olan Samantanın ən uzun müddətli münasibəti başlayır. Samanta ona karyerasını qurmağa kömək edir. Uğurlu karyera üçün Samanta onun doğum adı Cerri Cerodu Smit Cerod adı ilə əvəz edir. Tezliklə Samantanın sevgilisi ulduza çevrilir.[3]

Film çəkilişləri üçün başqa şəhərlərə getdikdə Samanta Smit üçün darıxmağa başlayır. Qız fanatların diqqət mərkəzində qala bilməsi üçün Samanta ona heç kimlə münasibəti olmadığını bildirməyə icazə verir. O qədər etibar edir ki, hətta evinin açarlarını da Smitə verir. Samantada xərçəng xəstəliyi aşkarlandıqda Smit onu tək qoymayaraq dəstək olur. Samantanın saçları töküldükdə Smit də başını keçəl qırxdırır.

Böyük şəhərdə Seks filmində Samanta Smitlə də ayrılır. Böyük şəhərdə seks 2 filmində Smit Samantanı onunla birgə yeni filmin təqdimatında qırmızı xalçaya çıxmağa dəvət edir və karyerasını ona borclu olduğunu bildirir.

İstinadlar

  1. William Keck, Celeb Watch: Sizing up Kim Cattrall and Samantha Jones Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, USA TODAY, 6/1/2008, İstifadə tarixi:23 fevral 2015
  2. Nicolette Sheridan vs. Kim Cattrall Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, chicagotribune.com, December 31, 2004, İstifadə: 23 fevral 2015
  3. "Column: Absolut Hunk". Pitchfork Media. 2007-11-20. (#accessdate_missing_url)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.