Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas.
Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür.
XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı. Həmdə burada dəniz quldurları tez-tez peydə olurdu.
Xarici keçidlər
- Columbus, Christopher; de las Casas, Bartolomé, Dunn, O.C., and Kelley, James E. (1989).
- The Diario of Christopher Columbus’s First Voyage to America, 1492—1493. Norman: University of Oklahoma Press.