Saman Təhmasibi
Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi.[1]
Saman Təhmasibi | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Saman Təhmasibi |
Vətəndaşlığı |
İran → Azərbaycan |
Doğum tarixi | 26 iyul 1985 (38 yaş) |
Doğum yeri | |
Boyu | 180 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 2000—2016 |
Məşqçisi | Cəmşid Xeyrəbadi |
Karyerası
Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu.[2] Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu.[2]
2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu.[2] 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.[2]
Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[2] Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu.[2]
Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu.[2] Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi.[2]
2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.[2] Saman Təhmasibi olimpiadanın 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Vladimir Qeqeşidze ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Qeqeşidze 2:0, növbəti hissəsində isə Təhmasibi 2:0 hesabları ilə qalib gəldi.[3] Həlledici hissədə Saman Təhmasibi rəqibinə minimal hesabla məğlub oldu (0:1).[3] Məğlub olduğu rəqibi final görüşünə vəsiqə qazanmadığına görə təsəlliverici qrupda da mübarizə apara bilməyən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.[3]
2013-cü il Saman Təhmasibi üçün uğurlu oldu.[2] İlin əvvəlində Tbilisi şəhərində (Gürcüstan) Avropa Çempionatını beşinci pillədə başa vuran Saman Təhmasibi iyulda İspaniya Qran-Prisinin, noyabrda da Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] Sentyabrda isə Saman Təhmasibi Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatının final görüşündə məğlub olmaqla turnirin gümüş medalına sahib oldu.[2]
Saman Təhmasibi üçün 2014-cü ildə uğurlu oldu.[2] Fevralda İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin bürünc medalına, iyulda da Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Saman Təhmasibi sentyabrda növbəti dəfə Dünya Çempionatının final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu.[2]
Saman Təhmasibi 2015-ci ilin aprelində İstanbulda Vəhbi Əmri beynəlxalq turnirində, iyunda isə Avropa Oyunlarında uğursuz çıxış elədi və turnirləri müvafiq olaraq 10-cu və 8-ci pillələrdə başa vurdu.[2] İlə uğursuz start verən Saman Təhmasibi bununla belə sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına və olimpiya lisenziyasına sahib oldu.[2] Noyabrda isə Saman Təhmasibi Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu.[2]
Saman Təhmasibi 2016-cı ilin avqustunda Azərbaycanı olimpiada da təmsil elədi.[2] 85 Kq. turnirində çıxış edən Saman Təhmasibi olimpiadanın təsnifat mərhələsində Rusiya nümayəndəsi David Çaxvetadze ilə üz-üzə gəldi.[2] David Çaxvetadze 2015-ci il Avropa Oyunlarının qalibi idi. Həmin görüşdə Saman Təhmasibi rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[2] Rəqib final görüşünə vəsiqə qazandığına görə Saman Təhmasibi mübarizəsini təsəlliverici qrupda davam elədi.[2] Təsəlliverici qrupun birinci görüşündə Saman Təhmasibi İran nümayəndəsi Həbibullah Əxlaqi ilə üz-üzə gəldi.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Saman Təhmasibi rəqibinə 2:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[2] Nəticədə Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasında 12-ci pillədə qərarlaşdı.[2]
Saman Təhmasibi 2016-cı ildə idmanla vidalaşdı.[2]
Nəticələri
Yeniyetmələrin Dünya Çempionatı | İran | |||
Tələbələrin Dünya Çempionatı | Monqolustan | |||
Dünya Çempionatı | Çin | |||
Asiya Oyunları | Qətər | |||
Asiya Çempionatı | Qırğızıstan | |||
D. Kolov - N. Petrov Turniri | Bolqarıstan | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
Yadigar İmam Turniri | İran | |||
Dünya Çempionatı | Rusiya | |||
Vəhbi Əmri Turniri | Türkiyə | |||
Avropa Çempionatı | Almaniya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Türkiyə | |||
FILA Test Turniri | Birləşmiş Krallıq | |||
Avropa Çempionatı | Serbiya | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Avropa Çempionatı | Gürcüstan | |||
İspaniya Qran-Prisi | İspaniya | |||
Dünya Çempionatı | Macarıstan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Vəhbi Əmri Turniri | Türkiyə | |||
Avropa Çempionatı | Finlandiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Vəhbi Əmri Turniri | Azərbaycan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | ABŞ | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Braziliya |
İstinadlar
- Olympedia.org. "Saman TƏHMASİBİ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- International Wrestling Database. "SAMAN TAHMASEBI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Light-Heavyweight (84 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.