Salyan Dövlət Rəsm Qalereyası

Salyan Dövlət Rəsm Qalereyası — Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda inşa olunan rəsm qalereyası 2008-ci ilin noyabrında istifadəyə verilib. Gənc istedadlara dövlət qayğısının əyani nümunəsi olan bu qalereya rayonda yeniyetmə rəssamların estetik zövqünün formalaşdırılmasında və onların peşəkarlığının artırılmasında əsaslı rol oynayır. Salyan Dövlət Rəsm Qalereyasının yeni binası Heydər Əliyev Fondunun dəstəyi ilə orijinal layihə əsasında tikilib. Ümumi sahəsi təxminən 1000 kv. metr olan qalereya gənc rəssamlar üçün emalatxanalardan, foye və sərgi salonundan, habelə iş otaqlarından ibarətdir. Asma şüşə tavan qalereyanın təbii işıqlandırılmasına imkan yaradır. 100-ə yaxın əsas və köməkçi fondu olan mədəniyyət müəssisəsinin bölmələrində peşəkar rəssamların 48 əsəri yerləşdirilib.[2]Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi 22 rəsm əsəri qalereyanın əsas fondunu daha da zənginləşdirib. Qalereyada fərdi, yaradıcı və tematik sərgilər, müsabiqələr, görüşlər, ustad dərslərinin keçirilməsi və əl işləri nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulur.[3]

Salyan Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1986
Yarandığı yer Salyan rayonu, Azərbaycan[1]
Fəaliyyət göstərdiyi yer Salyan, H.Əliyev küçəsi. 125
azgallery.az

İstinadlar

  1. azgallery.az http://azgallery.az/az/content/40 (#bare_url_missing_title). 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  2. "SALYAN RAYON İCRA HAKİMİYYƏTİ". salyan-ih.gov.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  3. "Salyan Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.