Salxımçiçək dovşanalması
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Salxımçiçək dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Salxımçiçək dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır.
Sinonimləri
- Cotoneaster fontanesii Spach
- Cotoneaster fontanesii var. desfontainii Regel
- Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz.
- Cotoneaster racemiflorus var. desfontainesii Zabel
- Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
- Mespilus racemiflora Desf.[2]
Yarımnövləri
- Cotoneaster racemiflorus var. nummularius (Fisch. & C.A.Mey.) Dippel
Yarpaq
Yarpaqlarının uzunluğu 5-25 (40) mm-dir, dəyirmi, yumurtaşəkilli və ya enli ellipsşəkillidir, üst tərəfdən göyümtül-yaşıl rəngli, səpələnmiş və ya sıx basıq tüklüdür, alt tərəfdən sıx ağımtıl və sarımtıl nazik keçə tüklüdür; saplaları qısa, uzunluğu 2-4 (5) mm və keçə tüklüdür.
Çiçək
Salxımları sıx, düzduran, (3) 5-9 (12) ədəd çiçəklədir, demək olar ki, iki dəfə yarpaqdan qısadır. Tac ağ rənglidir, diametri 10 mm-ə qədər olub, açılmış dəyirmi ləçəklidir. Çiçəkləməsi may-iyun aylarına təsadüf edir.
Meyvə
Meyvələri parlaq-qırmızı rəngdədir, şarşəkillidir, diametri 8-10 mm-dir, iki, bəzən bir çəyirdəklidir. Meyvə verməsi iyul ayına təsadüf edir.
Azərbaycanda yayılması
Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kiçik Qafqaz (KQ) cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları, orta, bəzən yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti
Daşlı və qayalı yamaclarda, kollar arasında və işıqlı meşələrdə. Qrup halında və tək-tək rast gəlinir.
İstinadlar
- The Plant List (ing.). 2010.
- Salxımçiçək dovşanalması:''The Plant List saytında takson barədə məlumat. (ing.)