Adaçayı

Sürvə və ya adaçayı (lat. Salvia)[3]dalamazkimilər fəsiləsinə aid bitki cinsi.[4]

Adaçayı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
Cins:
Adaçayı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32680
NCBI  21880
EOL  38380

Əhəmiyyəti

Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir.[5]

Yayılması

Sürvə elə də çox qədimdən becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəniləşdirilmişdir. MDB ölkələrində 1929-cu ildən becərilir. Hazırda sürvə ən çox Moldovada, Qırğızıstanda, Krasnodar vilayətində Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çiçək məhsuldarlığı hektardan 30–40 sentnerdir.[5]

Sinonimləri

  • Arischrada Pobed.
  • Audibertia Benth.
  • Audibertiella Briq.
  • Fenixanthes Raf.
  • Polakia Stapf
  • Pycnosphace Rydb.
  • Ramona Greene
  • Salviastrum Scheele
  • Schraderia Medik.
  • Zappania Scop.

Həmçinin bax

İstinadlar

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 15. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 23.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.