Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi.
Tarixi dövlət | |
Saltuklu bəyliyi | |
---|---|
Saltuklu Beyliği | |
![]() 1200-cü ildə Anadolu bəylikləri. |
|
1072 —
|
|
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | İslam |
İdarəetmə forması | Mütləq monarxiya |
• 1071-? | Əbülqasım I Saltuk bəy |
• 1200-? | Məlikşah |
Tarixi
Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Saltuklu bəyləri
- Əbülqasım I Saltuk bəy / 1072
- Əli / 1102
- Ziyaəddin Qazi / 1124
- İzzəddin II Saltuk / 1132
- Nəsırəddin Məhəmməd / 1168
- Mama xatun / 1191
- Məlikşah / 1200
Rum səlcuqluları hakimiyeti / 1202
Həmçinin bax
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.