Saltholm

Saltholm (Şablon:IPA-da ; Duz Adası) Danimarkaİsveçi ayıran Öresund boğazında yerləşən Danimarkaya məxsus adasıdır. O, Danimarkanın Tårnby bələdiyyəsindəki Amager adasının şərqində yerləşir və Danimarka ilə İsveç arasındakı dəniz sərhədinin qərb hissəsini təşkil edir Uzunluğu 7 km, eni 3 km olan və 16 km 2 sahəsi olan bu ada Danimarkanın 21-ci ən böyük adasıdır. Saltholm reylef cəhətdən çox düzdür. Onun ən yüksək nöqtəsi yalnız 2 m (6 ft) dəniz səviyyəsindən yüksəkdədir. Davamlı şərq küləkləri zamanı Baltik dənizində meydana gələn dalğalar onu daşqınlara qarşı çox həssas edir.[1] Bu ada geoloji cəhətdən nisbətən yeni quru kütləsi hesab edilir. Ada təxminən 4000 il əvvəl buzlaqdan sonrakı rebound nəticəsində dənizdən qalxıb və geniş dayaz su sahəsi ilə əhatə olunub. Bura (2 m dərinlikdə və bəzi hissələrdə daha dayaz) 28 km² (11 sq mi) sahəni əhatə edir . Adanın cənub ucunda son buz dövründən qalma bir sıra adacıklar, çıxıntılar və qaya yataqları görünür.[2]

Saltholm gölməçələri
Saltholm
Ümumi məlumatlar
Sahəsi
  • 15,99 km²
Uzunluğu
  • 7 km
Eni 3 km
Hündür nöqtəsi 2 m
Yerləşməsi
55°38′ şm. e. 12°46′ ş. u.
Ölkə
Saltholm xəritədə
Saltholm
Saltholm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Barakkebroen limanı
Saltholm Barakkeby

Bu adanın cənubda qonşu ada olan və Saltholmun adını tamamlamaq üçün ona əks adlandırılan süni Peberholm adası (Bibər adacığı) yerləşir. Öresund körpüsünün bir hissəsi də həmin adadan keçir.

İstinadlar

  1. Aage Aagesen, Niels Nielsen, Kongelige Danske geografiske selskab, Atlas over Danmark, p. 117. H. Hagerup, 1992
  2. "Saltholm". The Sound Water Cooperation. Øresundsvandsamarbejdet. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.