Salman Hüseynov
Salman Hüseynov (tam adı: Salman Hüseyn oğlu Hüseynov; d. 4 aprel 1901 — İsfahan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Salman Hüseynov | |
---|---|
Salman Hüseyn oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | İsfahan, İran |
Həyatı
Salman Hüseynov 1917-ci ildə Tiflisdəki İ.M.Maçaidze gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Firtsburq İnstitutuna göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanh tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. [1]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 437