Salman Baxşıyev

Salman Baxşıyev (tam adı: Baxşıyev Salman Babaxan oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Salman Baxşıyev
Baxşıyev Salman Babaxan oğlu
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Lənkəran
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Həyatı

1949-cu il martın 1-də Lənkəranda anadan olub. 4 uşağı atasız qaldı. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib. Yanvarın 26-da, hadisə olan günü qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri: — Biz XC-nin üzvləri Bakıda günahsız yerə öldürülənlərin xəbərini eşidəndə şəhərdən çıxdıq ki, hərbçilər bizi də qırmasın. Biz meşədə qərar tutmuşduq. Yanvarın 26-da saat .14 dəqiqədə vertolyotlar başımızın üstündə fırlanmağa başladı və vertolyotlardan desant atmağa başladılar. Güllələr yağış kimi yağırdı. Biz məcbur olub yerə sərildik. Burada bir neçə adam yaralandı. Güllə qardaşım Salmanın da boğazından dəydi. Salman oradaca keçindi. Əsgərlər 21 adamın qollarını bağladılar. 7—8 nəfər saxladılar ki, yaralıları və ölüləri maşınların yanına aparaq. Oradan da Lənkərana — hərbi hissəyə gətirdilər. Bizi üzü üstə yerə yıxıb arxadan əlimizi, ayaqlarımızı məftillə boğazımıza bağladılar. Bizi təpiklə, dubinka ilə döydülər. Sonra vertolyotla Qızılağac aeroportuna, oradan da təyyarə ilə Bakı ya gətirdilər. Lənkəranda dəfn olunub.

Ünvan

Lənkəran şəhəri, Füzuli küçəsi dalan 2, ev 8.

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.