Salma Hayek

Salma Hayek (isp. Salma Valgarma Hayek Jiménez-Pinault, ərəb. سلمى حايك; 2 sentyabr 1966[1][2][…]) — Meksika və Amerika kino aktrisası, rejissor və prodüserdir.

Salma Hayek
isp. Salma Hayek
ərəb. سلمى حايك
Doğum adı Salma Valgarma Hayek Jiménez
Doğum tarixi 2 sentyabr 1966(1966-09-02)[1][2][…] (57 yaş)
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti kino aktrisası, kinorejissor, film prodüseri, televiziya aktrisası, aktrisa, müğənni, səsləndirmə aktrisası[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları "Fəxri legion" ordeni kavaleri
IMDb ID0000161
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakruz ştatının Koatsakoalkos şəhərində doğulmuşdur. Onun anası ispan əsilli, atası isə livan əsillidir. Uşaqlıqda disleksiya xəstəliyinə tutulmuş və bu səbəbdən bir çox problemlər yaşayıb. Salma Hayek kino karyerasına Meksikada yayımlanan "Tereza" adlı telenovella ilə addım atmışdır. Daha sonra "Düşülən sevgi" filminə görə "Ariel Award" nominasiyasına layiq görülmüşdür. 1991-ci ildən başlayaraq Hollivud filmlərində iştirak edir və böyük şöhrətlər əldə edir.

9 mart 2007-ci ildə Hayek, fransız milyarder və Kering şirkətinin direktoru François-Henri Pinault ilə əlaqəli olduğunu və hamiləliyini təsdiqlədi. O, qızı Valentina Paloma Pinault'u 2007-ci ilin sentyabr ayında Los-Ancelesdə, Kaliforniya ştatındakı Cedars-Sinai Tibb Mərkəzində dünyaya gətirdi. Onlar 2009-cu ildə Sevgililər Günündə evləndilər. 25 aprel 2009-cu ildə Venesiyada ikinci bir mərasim keçirdilər.

Filmoqrafiya

İl Ad Orijinal ad
1989TerezaTeresa
1994Düşülən sevgiEl callejón de los milagros
1995QorxmazDesperado
1996Gün batandan sübhə kimiFrom Dusk Till Dawn
1997Notrdam qozbeliThe Hunchback
1998FakültetThe Faculty
1999Vəhşi Vəhşi QərbWild Wild West
2002FridaFrida
2003Casusların uşaqları: Oyun bitdiSpy Kids 3-D: Game Over
2006QuldurlarBandidas
2011Çəkməli PişikPuss in Boots
2015Nağılların nağlı (film, 2015)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.