Salidə Şərifova

Salidə Şəmməd qızı Şərifova (Salidə Şəmmədqızı; 12 yanvar 1971, Tbilisi) — ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı; Filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (professor, 2019), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik, 2022); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009), "Qızıl qələm" (2010), "Rəsul Rza" (2017), "İstinadda rekord" (2024) mükafatları laureatı, Prezident təqaüdçüsü (2016–2017).

Salidə Şərifova
Salidə Şəmməd qızı Şərifova
Doğum tarixi 12 yanvar 1971(1971-01-12) (53 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elm sahələri ədəbiyyat nəzəriyyəsi,
ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adları Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik), AMEA-nın professoru
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Salidə Şərifova 12 yanvar 1971-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1988-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuş və 1993-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasının "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə daxil olmuş və 1996-cı ildə aspiranturanı bitirmişdir. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisidir.

Elmi fəaliyyəti

1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır.

1996-cı ildə "İlk Azərbaycan romanları" mövzusunda namizədlik (10.01.03 (5716.01)- Azərbaycan ədəbiyyatı) mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü.

2012-ci ildə Rusiya Elmlər Akademiyası A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)"[1] mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiya qərarı ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən təqdim edilmiş filologiya elmləri doktoru dərəcəsi tanınmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan ədəbiyyatı ixtisası üzrə dosent elmi adına layiq görülmüşdü.

2019-cu ildə ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın professoru seçilmişdir.[2]

2022-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilib [3],[4];

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən filologiya elmləri üzrə ekspert şurasının eksperti kimi fəaliyyət göstərmişdir (2016–2018-ci illər, Azərbaycan, Bakı);

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.05 – Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərmiş və göstərməkdədir (2019 – hal-hazırda, Azərbaycan, Bakı)

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Muzeyin nəzdində fəaliyyət göstərən Seminarın üzvü kimi fəaliyyət göstərmişdir (2019–2022, Azərbaycan, Bakı)

Maraq dairəsini ilk növbədə milli ədəbiyyatda roman janrının iki mərhələli yaranma nəzəriyyəsi, "roman-hekayətin" janr konstruksiyasının xüsusiyyətləri, müharibə romanın yeni tipinin formalaşması, romanda janr qarışıqlığı nəzəriyyəsi, kreollaşmış romanların romanın xüsusi növü kimi fərqlənməsi və s. çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası əhatə edir.

2022–2023-cü tədris ilində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun magistratura pilləsində Azərbaycan ədəbiyyatı (XX əsr (Sovet dövrü))[5] fənnindən mühazirələr oxumuşdur.

Kitablar

  1. İlk Azərbaycan romanları – Bakı, "Elm", 1998. – 120 s. Ш 4603010000–652____655(07)-98 qrifli nəşr, ISBN 5-8066-0861-1;
  2. Azərbaycan nəsr janrlarının təşəkkül və formalaşması prosesi (XX əsrin əvvəllərinə qədər) – Bakı, "Elm", 2005. – 240 s.4603000000____655(07)-2005 qrifli nəşr; ISBN 5-8066-1737-8 [6];
  3. Ədəbi prosesə nəzəri baxış (tənqidi məqalələr – 2003–2005-ci illər. I kitab) – Bakı, "Maarif", 2006. – 210 s. 4603000000____652–2006 qrifli nəşr; ISBN 9952-420-07-1[7];
  4. Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri – Bakı, Bakı Qızlar Universitetinin nəşriyyatı, 2007. –78 s. R 4602010000 ____026(07–02)-96 21–96[8];
  5. Ədəbi prosesə nəzəri baxış (2006–2007-ci illərin məqalələri). İkinci kitab – Bakı, "Elm", 2008. – 216 s. 4603000000 ____655 (07)-2007 qrifli nəşr; ISBN 5-8066-1711-4[9];
  6. Генезис азербайджанского романа: жанровые характеристики романа-хекаята и "маленького романа" – М.: Независимое литературное агентство "Московский парнас", 2009.– 208 с. ISBN 978-7330-0556-1.[10],[11];
  7. Жанровое смешение в романе: коммуникативно-социокогнитивный подход – М.: Независимое литературное агентство "Московский парнас", 2011, 400 с.; ISBN 5-978-73301-6639-2;
  8. Əriyən şam (hekayələr toplusu) – Bakı, "Elm və təhsil", 2011. 124 s.; Ş 4702000000____N 098–2011 qrifli nəşr;
  9. Теоретические аспекты жанрового многообразия Азербайджанского романа–Автореферат диссертации на соискание ученой степени доктора филологических наук, М.,2012,38 c.[12];
  10. Çağdaş Azərbaycan postmodern romanı – Bakı, "Elm və təhsil",, 2015. 104 səh.4603000000____N098–2015 qrifli nəşr [13];
  11. Klassiklər və müasirlər söz müstəvisində – Bakı, "Elm və təhsil",, 2018. 568 səh.ISBN 978-9952-8305-8-3[14],[15] , ;
  12. Dionisin qələbəsi (hekayələr toplusu) – Bakı, "Elm və təhsil", 2018. 200 s.[16],[17] ISBN 978-9952-8305-9-0;
  13. دیونیسین قلبه سی Təbriz, 2019. 202 səh. ISBN 978-9952-37-305-9;[18] .
  14. اريين شمع Tehran, 2020. 170 səh. ISBN 978-9952-37-306-6;[19];
  15. Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi — Bakı, "Elm və təhsil", 2021. 116 s.ISBN 978-9952-8392-0-3 [20],[21];
  16. Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri - Bakı, "Qanun", 2021. 164 s.ISBN 978-9952-534-12-2 ,[22],[23];
  17. Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе (Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri) — Москва,"У Никитских ворот", 2021, 530 стр.ISBN 978-5-00170-403-4 [24];
  18. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili — Bakı, "Elm və təhsil", 2022. 444 səh.ISBN 978-9952-8448-0-1 [25],[26],[27],[28],[29];
  19. Генезис азербайджанского романа жанровые характеристики романа — хекаята и "маленького романа" - Издательский Дом "GlobeEdit". 2022, 216 c.ISBN 978-620-0-63596-9 [30];
  20. Azərbaycan ədəbiyyatı (XX əsr (sovet dövrü)) fənni üzrə magistratura pilləsi üçün proqram- Bakı, "Elm və təhsil", 2023, 22 səh.4602000000_____N-98-2023 qrifli nəşr [31];
  21. İlk Azərbaycan romanları – Bakı, "Elm və təhsil", 2023. 216 s., ISBN 9789952568523 [32],[33].

Qalereya

Xarici keçidlər

Şəmil Sadiq. Ədəbiyyat problemlərini əks etdirən hekayələr haqqında…

Məmməd Əliyev. Klassiklər və müasirlərin yaradıcılığına yeni baxış (S. Şərifova. Klassiklər və müasirlər söz müstəvisində. Bakı, 2018.

Səidə Əliyeva. Sabir Rüstəmxanlı yaradıcılığı yeni təfəkkür hadisəsi kimi // X. Uluslararası Türkoloji Kongresi (Modern Türkoloji: Temel Paradigmalar ve Disiplinlerarasılık), Türkiyə, Ankara, 2023.

Məmməd Əliyev. Ədəbiyyat nəzəriyyəçisi Salidə Şərifovanın elmi tədqiqatlarına baxış // Filologiya və sənətşünaslıq №2, 2023, səh.170-179. // “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (məqalələr). Bakı, “Elm”, 2023, – 576 səh. səh.40-50.

Salidə Şəmməd qızı Şərifova // Pərixanım Soltanqızı (Hüseynova). Azərbaycan və dünya ədəbiyyatının tanınmış tədqiqatçıları (XX–XXI əsrlər). I hissə. Bakı. "Müəllim" nəşriyyatı, 2023.- 300 s. səh.238–242

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb. ,

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilib.

Filologiya elmləri doktoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilib.

Filologiya elmləri doktoru Salidə Şərifova Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” diplomuna layiq görülüb.

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif edilib. , ,

Doctor of Philology Salida Sharifova awarded ANAS "Record in reference" diploma.

Салида Шарифова, доктор филологических наук, награждена дипломом Национальной академии наук Азербайджана «Рекорд по ссылке».

"Ermənilər türk Səyat Nəvanı "Sayat Nova" etmək üçün çox çalışıblar" — Salidə Şərifova ilə MÜSAHİBƏ.

Our literary scientists participated in the "10th International Turkish Folk Culture" Congress.

https://science.gov.az/az/news/open/17275

https://azertag.az/xeber/Sabir_Rustemxanli_yaradiciligi_haqqinda_monoqrafik_tedqiqat-1713635

https://azertag.az/xeber/1811149

https://azertag.az/xeber/1066952

https://azertag.az/xeber/1876789

https://azertag.az/xeber/1492495

https://azertag.az/xeber/1284855

https://azertag.az/xeber/827883

https://www.qanun.az/new/196

https://525.az/news/176067-salide-serifovanin-yeni-kitabi-nesr-olunub

İstinadlar

  1. "Теоретические аспекты жанрового многообразия азербайджанского романа" Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine
  2. "Arxivlənmiş surət". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  3. https://science.gov.az/az/news/open/21094?fbclid=IwAR0lq34vy6tdubu1lFfqTazw4hN1uNtIxzZgcve1JZcT8F2UWybBa2HRyz8
  4. https://azertag.az/xeber/AMEA_nin_professoru_Salide_Serifova_Rusiya_Tebiet_Elmleri_Akademiyasinin_heqiqi_uzvu_sechilib-2143565
  5. https://www.academia.edu/97291407/Az%C9%99rbaycan_%C9%99d%C9%99biyyat%C4%B1_XX_%C9%99sr_sovet_d%C3%B6vr%C3%BC_f%C9%99nni_%C3%BCzr%C9%99_magistratura_pill%C9%99si_%C3%BC%C3%A7%C3%BCn_proqram
  6. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  7. "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  8. "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  9. "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  10. https://literature.az/?page=152&newsId=117975&lang=aze
  11. "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-04.
  12. "Arxivlənmiş surət".
  13. Çağdaş Azərbaycan postmodern romanı: Arxivləşdirilib 2015-03-24 at the Wayback Machine
  14. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.
  15. "Arxivlənmiş surət" (PDF). 2019-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-24.
  16. "Arxivlənmiş surət". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.
  17. "Arxivlənmiş surət" (PDF). 2022-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-24.
  18. "Arxivlənmiş surət".
  19. "Arxivlənmiş surət".
  20. https://www.kitabyurdu.org/xfsearch/muellif/Salid%C9%99%20%C5%9E%C6%8FR%C4%B0FOVA/%5B%5D
  21. "Arxivlənmiş surət" (PDF). 2023-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-26.
  22. "Arxivlənmiş surət". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  23. "Arxivlənmiş surət" (PDF). 2023-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-26.
  24. "Arxivlənmiş surət" (PDF). 2022-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-15.
  25. https://azertag.az/xeber/Adebiyyatsunasliq_elmine_yeni_tohfe-2193332
  26. "Arxivlənmiş surət". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  27. https://www.medeniyyet.az/page/news/63133/Musteqillik-dovru-Azerbaycan-edebiyyatinda-Qarabag-movzusu.html
  28. "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  29. "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  30. "Arxivlənmiş surət". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  31. "Arxivlənmiş surət".
  32. https://science.gov.az/az/news/open/26727
  33. https://azertag.az/xeber/ilk_azerbaycan_romanlari_monoqrafiyasi_tekrar_nesr_edilib-2799049
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.