Salem əcinnələri
1692-ci ildə Massaçusetsdə Salem kəndinin bir dəstə qızı, bir qərbli hindu qulun danışdığı nağılları dinlədikdən sonra, çox qəribə qıcolmaya məruz qaldı. Bunun səbəblərini soruşduqda, qızlar onlara əzab verən və cadugər olan bir neçə qadını təqsirləndirdilər. Şəhər əhalisi dəhşətə gəldi, lakin təəccüb etmədi. Çünki, Amerika və Avropada 17-ci əsr boyu cadugərliyə inam çox geniş yayılmışdı.
ABŞ tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Xronologiya | |
İbtidai icma | |
Məskunlaşmaya qədər | |
Məskunlaşma | |
1776–1789 | |
1789–1849 | |
1849–1865 | |
1865–1918 | |
1918–1945 | |
1945–1964 | |
1964–1980 | |
1980–1991 | |
1991–2008 | |
2008–bügünə qədər | |
Milli mənsubiyyət üzrə | |
Afroamerikalılar | |
Amerikalı asiyalılar | |
Amerikalı çinlilər | |
Amerikalı flippinlilər | |
Amerikalı yaponlar | |
Amerikalı meksikalılar | |
Amerikalı polyaklar | |
Mövzu üzrə | |
Vətandaş hüquqları | |
1896–1954 | |
1955–1968 | |
Vətəndaş müharibəsi | |
Qızıla bürünmüş dövr | |
Mədəniyyət | |
Demoqrafiya | |
Diplomatiya | |
İqtisadiyyat | |
Tarixşünaslıq | |
Tibb | |
Hərb | |
Cənubi | |
Vəhşi Qərb | |
Texnologiya və sənaye | |
Ərazi | |
Qadın | |
ABŞ portalı |
Amerika tarixində əlahiddə bir hadisə olsa da, sonralar baş verən əhvalat Yeni İngiltərə puritan ictimai və psixoloji dünyasına canlı bir pəncərə açır. Şəhər rəsmi dairələri məhkəmələr dəvət etdilər ki, cadugərliklə bağlı məsələlər müzakirə olunsun və təcili şəkildə kiçik mehmanxana sahibi Bricid Bişopu ittiham edərək, edam etdilər. Bir ay ərzində daha başqa beş qadın ittiham edildi və asıldı.
Buna baxmayaraq, isteriya inkişaf etdi. Bunun da ən əsas səbəbi o idi ki, məhkəmə icazə verirdi ki, şahidlər ittiham olunanları ruhlar və ya kabus kimi gördüklərini təsdiq etsinlər. Öz təbiəti etibarilə, bu cür "qeyri-real şahidlik" xüsusilə dəhşətli idi, çünki bu nə yoxlanıla bilərdi, nə də obyektiv yoxlama üçün əsas ola bilərdi. 1692-d ilin payızına qədər 20-dən artıq qurban verildi, o cümlədən bir neçə kişi edam edildi, 100 nəfərdən çox başqa adam həbs olundu, bunlar arasında şəhərin bir sıra adamları da var idi, lakin bundan sonra, isteriyanın Salemdən başqa yerlərə yayılması təhlükəsi törədi və bütün koloniyanın hər yerində tələb etdilər ki, çək-çevirlərə son qoyulsun. Koloniyanın başçısı razılaşdı və məhkəməni buraxdı. Hələ də zindanda saxlananlara sonralar bəraət verildi və ya onların haqqındakı hökmlər dəyişdirildi.
Salem əcinnələrinin məhkəmələri amerikalıları uzun müddət heyran etmişdi. Tarixçilərin əksəri razılaşırdı ki, psixoloji səviyyədə 1692-ci ildə Salem kəndi bir növ ictimai isteriyaya düçar olmuş və cadugərliyin mövcud olmasına səmimi inam da bunun artmasına təkan vermişdi. Onlar göstərirdilər ki, qızlardan bəziləri bu bəlaya düçar olduğu zaman, bir çox məsul adamlar da özündən çıxmaq azarına tutula bilərdilər, lakin hətta ittiham olunanların və ittiham edənlərin şəxsiyyətinin daha yaxından təhlili bir çox məsələləri aşkar edir. Salem kəndi də, o dövr Yeni İngiltərə koloniyalarının çoxu kimi, çox geniş aqrar, puritanlığın üstünlük təşkil etdiyi bir icmadan daha artıq ticarətlə məşğul olan dünyəvi cəmiyyətə iqtisadi və siyasi keçid dövrü yaşayırdı. İttihamçıların çoxu həyatın ənənəvi yolunun nümayəndələri olaraq, kənd təsərrüfatına və kilsəyə bağlı idi, halbuki ittiham olunan əcinnələrin bəziləri kiçik mağaza sahiblərinin və alverçilərin yüksəlməkdə olan tacirlər sinfinin üzvləri idilər. İctimai və siyasi hakimiyyət uğrunda daha qədim ənənəvi dəstələrlə daha yeni tacirlər sinfi arasında Salemin gizli mübarizələri bütün Amerikanın tarixi boyu icmalarda təkrar olunan nadir bir hadisədir, lakin Amerika çox qəribə və ölümcül bir çıxış yolu tapdı. Bu o zaman baş verdi ki, onun vətəndaşları əcinnələrin öz evlərində sərbəst olmaları haqqında inamla razılaşdılar.
Salem əcinnələrinin məhkəmələri eyni zamanda sensasiya xarakterli, lakin saxta bir işin ölümcül nəticəsinin dramatik eyhamı kimi da xidmət edə bilər. Həqiqətən də, bir çox adamların əleyhinə yönəldilən saxta ittihamlar üçün siyasi mübahisələrdə ən tez-tez işlədilən termin "əcinnə ovu" terminidir.