Saleh Qazıyev

Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 189317 iyul 1971) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.

Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev
Doğum tarixi
Doğum yeri Nuxa qəzası, Rusiya imperiyası
Vəfat tarixi (77 yaşında)

Həyatı

Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət–ül–Maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935–1938-ci illərdə SSRI Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasinda oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, NuxaAğdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasının (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir.

Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur. "Azərbaycan maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanmışdır. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.

Mənbə

  • E.Cəfərovanın "Azərbaycan arxeologiyasının inkişafında Saleh Mustafa oğlu Qazıyevin rolu". Bakı,2010.
  • N. Hüseynov. Oğuzdur elim mənim.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.