Saleh Poladı

Saleh Poladı (azərb. Poladı Saleh Əliqulu oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Saleh Poladı
Poladı Saleh Əliqulu oğlu
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Həyatı

1968-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 159 nömrəli orta məktəbi bitirib. Sənaye malları kooperativində işləyirdi. Ailənin yeganə övladı idi. Tək qalmışdılar. Bir ana, bir oğul. Biri-birinə həyan olmuşdular. Oğluna baxıb fərəhlənmişdi ana: «Şükür, ocağımız boş qalmadı» — demişdi. Amma sən saydığını say... Əliqulu kişinin yarımçıq qalmış ömrünü yaşamaq, başsız ailəyə sevinc gətirmək payı Gülbahar ananın çiynində idi. İndi-indi bu yükü oğluna verəcəkdi. Oğlundan xəbərsiz gəlin seçirdi özünə. Gözündə qaldı arzusu, niyyəti... Aman fələk, dad fələk, heç olmadım şad fələk. İçirtdiyin şərbətdən Bir özün də dad fələk. XI Qızıl Ordu meydanına üç dost getmişdi. Saleh, Cavad, Sahib. Salehlə Cavad geri qayıtmadı. Bunu da Sahib danışır: — XI Qızıl Ordu meydanına təzəcə çatmışdıq. Tankların gurultusu avtomatların şaqqıltısına, aman diləyən dinc adamların harayına qarışmışdı. Beş-on metr aralıda qadın kömək istəyirdi. Saleh ona yaxın getdi, son saniyələrini yaşayan qadını qırağa çəkmək istəyirdi ki... Bircə -A-a-deyə bildi. Nə deyəcəkdi görən, axır nəfəsində «Ana», «Ata», «Azadlıq», «Azərbaycan»... Kim bilir? Şəhidlər xiyabanında dəfn olunub.

Ünvan

Bakı, Tbilisi prospekti, ev 54, mənzil 60.

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.