Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed; ərəb. صالح مسلم محمد, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur.[2]
Saleh Müslüm | |
---|---|
ərəb. صالح مسلم محمد | |
Demokratik Birlik Partiyasının həmsədri | |
2010 – 2017 | |
Əvvəlki | naməlum |
Sonrakı | Şahuz Həsən və Ayşə Hisso[1] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | mart 1951 |
Doğum yeri |
|
Milliyyəti | kürd |
Vətəndaşlığı | Suriya |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, kimyaçı |
Həyat yoldaşı | Ayşə Əfəndi |
Uşağı | 5 |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kimya mühəndisliyi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır.[3]
Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur.[4] O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.[5]
Demokratik Birlik Partiyası (PYD)
Saleh Müslüm 2003-cü ildə yeni qurulan Demokratik Birlik Partiyasına (PYD) qoşulur, icra şurasının üzvü olur və 2010-cu ildə partiyanın sədri seçilir. O, həyat yoldaşı Ayşə Əfəndi ilə birlikdə Suriyada həbs edildikdən sonra 2010-cu ildə İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) düşərgəsinə qaçır. Müslüm Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 2011-ci ilin martında Qamışlı şəhərinə qayıdır.[4]
PYD Müslümün başçılığı altında Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının yaranmasında böyük rol alır. 2013-cü ilin iyul ayında, kürd-türk sülh prosesi zamanı, Suriyanın gələcəyi ilə bağlı Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün İstanbul şəhərinə dəvət edilir[6] və daha sonra 2014-cü ilin oktyabrına qədər üç dəfə danışıqlar üçün şəhərə qayıdır.[7]
Demokratik Cəmiyyət Hərəkatı
2017-ci ilin sentyabr ayında PYD-nin Suriyadakı 7-ci qurultayı keçilir və burada iki yeni həmsədr seçilir.[8] Müslüm o vaxtdan bəri Şimali Suriya Demokratik Federasiyasının Demokratik Cəmiyyət Hərəkatı (TEV-DEM) koalisiyasının xarici əlaqələr səlahiyyətlisi vəzifəsində çalışır.[9]
Şəxsi həyatı
Saleh Müslümün Xalq Qoruma Dəstələrində (YPG) döyüşçü olan oğlu Şirvan 9 oktyabr 2013-cü il tarixində Əl-Qaidənin Nusra Cəbhəsi ilə toqquşmalar zamanı Təl-Əbyəz yaxınlıqlarında həlak olmuşdur.[10]
Müslümün özünün dediyinə görə, onun Finlandiyada yaşamaq üçün icazəsi var.[11]
İstinadlar
- "New co-chairs elected for PYD in the 7th Congress". Firat News Agency. 28 sentyabr 2017. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "More Kurdish Cities Liberated As Syrian Army Withdraws from Area". Rudaw. 20 iyul 2012. 2012-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "Why Turkey issued arrest warrant for this Kurdish leader". Al-Monitor. 27 noyabr 2016. 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
- "Saleh Muslim Mohammed". Carnegie Middle East Center. 2013-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- Gunter, Michael M.; Yavuz, M. Hakan. "The October 2019 Turkish Incursion into Kurdish Syria: Its Background & Broader Implications". Middle East Policy (ingilis). 27 (1). 2020: 86–101. doi:10.1111/mepo.12476. ISSN 1475-4967. 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
- "PYD leader arrives in Turkey for two-day talks: Report - Turkey News". Hürriyet Daily News (ingilis). 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "ZEIT ONLINE | Lesen Sie zeit.de mit Werbung oder im PUR-Abo. Sie haben die Wahl". www.zeit.de. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "Syrian Kurdish PYD elects new co-chairs in Rojava". Kurdistan 24. 30 September 2017. 14 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "Saleh Muslim released". ANF. 2018-02-27. 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
- "Thousands bid farewell to Sherzan Muslim". Firat News. 11 oktyabr 2013. 22 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.
- "Czech court orders release of Syrian Kurd leader despite Turkish extradition call". Reuters. 27 fevral 2018. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2020.