Saleh Kamrani

Saleh KamraniCənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu,[1] Azərbaycan Mərkəzi Partiyasının[2] və "AzNews TV" televiziyasının təsisçisi.[3]

Saleh Kamrani
Doğum tarixi
Doğum yeri Şərqi Azərbaycan, Əhər
Vətəndaşlığı İsveç İsveç
Həyat yoldaşı Mina Əsgəri
İxtisası Hüquqşünas
Təhsili Şiraz Universiteti
Fəaliyyəti vəkil, insan hüquqları fəalı, naşir

Həyatı və fəaliyyəti

Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub.[4] Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.[1][5]

Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir. Urmiyada gecə yarısı İran xüsusi xidmət orqanları evə basqın edərək onu qardaşı ilə birgə həbs edirlər.[1] Bir neçə gün sonra buraxılsalar belə sonradan "Baxış" və "Oyanış" tələbə qəzetlərinin təsisçisi olan qardaşı Elyar Kamrani həbs olunur.[6] 2006-cı ildə Xordad hadisələri zamanı dinc etirazlar şiddətlə yatırılır. Onlarla etirazçı dünyasını dəyişir.[7] Bu zaman Saleh Kamrani "Millət Hüququnun Müdafiəsi Komitəsi" adlı bir qrup yaradaraq müxtəlif beynəlxalq televiziya knalaları və radiolarına müsahibələr verməyə başlayır. Bundan sonra 14 iyun 2006-cı ildə Tehranda evinə gedərkən güc strukturları tərəfindən oğurlanır. Bir neçə gün harada saxlanılması deyilməsə belə sonradan onun Evin həbsxanasında saxlanıldığı bəlli olur. Bunu 19 iyun tarixində İsveçdə yayımlanan Araz radiosuna müsahibəsində onun həyat yoldaşı Mina Əsgəri də təsdiq edir. 2007-ci ildə azadlığa çıxsa da bir neçə ay sonra 18 avqust 2007-ci ildə yenidən həbs olunaraq bir il müddətinə azadlıqdan məhrum edilir.[8][9] Həbsdən çıxdıqdan sonra yenidən təqiblərə və təhdidlərə məruz qaldığı üçün ölkəni tərk etməyə məcbur olur. 2010-cu ildə ölkəni tərk edərək İsveçə köçür. Burada bir sıra beynəlxalq kanallara müstəqil ekspert kimi müsahibələr verməyə başlayır. Burada Azərbaycan Mərkəzi Partiyasını[2] və 24 saat fəaliyyət göstərən "AzNews TV (AN.T)" televiziyasını təsis edir.[3]

Həmçinin bax

İstinadlar

  1. "Human rights defender and lawyer - Appeal Case Saleh Kamrani" (PDF) (ing. ). amnesty.org. 20 dekabr 2006. 7 oktyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 oktyabr 2019.
  2. "Güney təşkilatları Nyu-Yorkda 'İranın Gələcəyi' toplantısına qatılıblar". amerikaninsesi.org. 29 sentyabr 2019. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  3. Hamid Məlikoğlu. "İran Azərbaycanı üçün yeni telekanal təsis edilib". amerikaninsesi.org. 30 avqust 2019. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  4. "Saleh Kamrani" (isv. ). mrkoll.se. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  5. "İslam Respublikası və Konstitusiya: İranda demokratiya krizisi / جمهوري اسلامي و قانون اساسي: بحران دمكراسي در ايران" (fars. ). radiofarda.com. 30 mart 2002. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  6. "Saleh Kamrani – male, lawyer and human rights defender, aged about 34" (ing. ). lrwc.org. 26 mart 2012. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  7. "Annual Report IRAN" (ing. ). amnestyusa.org. 7 oktyabr 2019. 13 iyul 2007 tarixində arxivləşdirilib.
  8. "Hüquq müdafiəçisi Saleh Kamrani yenidən həbs edilib". azadliq.org. 21 avqust 2007. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  9. "Azerbaijani Iranian Activists Threatened". voa.gov. 25 dekabr 2007. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.