Salavat bayramı

Salavat bayramı (başq. Salauat yıyını) — Salavat Yulayev günləri çərçivəsində qeyd olunan respublika səviyyəli folklor bayramı.

Bayram haqqında

"Başqırdıstan Respublikasında Salavat Yulayev günlərinin keçirilməsi barədə" sərəncam Respublika prezidenti tərəfindən 2004-cü ilin iyulunda imzalanıb. Həmin vaxtdan etibarən "Salauat yıyını" hər il Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir. Əvvəlcə təsnifat mərhələsi keçirilir.[1]

Salavat bayramı (başq. Salauat yıyını)
Salavat bayramından görüntü

Respublikanın folklor bayramı olan "Salauat yıyını"nın keçirilməsinin məqsəd və vəzifələri aşağıdakılardır:

  • Xalq yaradıcılığının qorunub saxlanılması və inkişafı;
  • Yetişməkdə olan nəsildə Salavat Yulayev obrazında vətənə, onun tarixi keçmişinə sevgi, milli qürur, yaşlı nəslə hörmət və qayğı hissi aşılamaq;
  • Başqırd xalqının milli adətlərin təşviqatı və təbliğatı;
  • Milli İdman növlərinin təbliğ edilməsi;
  • Sağlam həyat tərzinin təbliğ edilməsi.[1]

Bayram çərçivəsində yarış keçirilir: "Salauat yıyını batırı", "Saya kızzar", yurt müsabiqəsi, ənənəvi idman yarışları (kisə ilə qaçış, yun üzərində gediş, kisə ilə mübarizə, kureş (güləş) , Salavat Yulayev adına kürəş mübarizəsi turniri). 2015-ci ildə "Salaut yıyını" proqramına qalibin Bayka Aydar adına mükafatla təltif olunduğu sesenlər yarışı da əlavə edildi.

Salauat yıyını — 2010

"Salauat yıyını −2010" tarixi məkan olan Toratau dağlarının ətəyində qeyd olundu. Məhz bu yerdə ərazi yıyını keçirilirdi və başqırd tayfaları taleəhəmiyyətli məsələlərin həlli üçün burada toplaşardılar.

RF-nın və ölkənin müxtəlif regionlarından olan başqırdların III ümumdünya qurultayının nümayəndələri də orada iştirak etdilər.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Salauat yıyını — 2010" — Xəbərlər — Xalq Yaradıcılığı Respublika mərkəzi Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rusca)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.