Salavat aşırımı-2

Salavat aşırımı[1] — Azərbaycanın şimalında, Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 2895 m-dir (digər mənbələrə görə 2915 m).

Salavat aşırımı
41°24′00″ şm. e. 47°13′17″ ş. u.
Hündürlüyü2.895 m
Ölkə  Azərbaycan
Salavat aşırımı-2 (Qafqaz)

Salavat aşırımından QudyalçayVəndamçay hövzələri ətrafındakı əraziləri birləşdirən yol keçir.

"Salavat" adı "nicat üçün dua" deməkdir. Bu ad Qafqazın cənub yamacındakı dağ aşırımları arasında geniş yayılmışdır. Hər il bu aşırımlardan keçərkən çoxlu insan həlak olurdu, ona görə də dağları sağ-salamat keçənlər canlarını qurtardığı üçün Allaha şükür edirdilər[2].

İstinadlar

  1. Салават ашырымы // Азәрбайджан совет энциклопедиясы. — Б., 1984. — Т. VIII. — С. 264.
  2. Ган К. Ф. Путешествие по высочайшим местам Дагестанской области летом 1902 года // Известия Кавказского отдела Императорского Русского географического общества. — 1903. — Т. XVI, № 4. — С. 3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.