Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Salatın Əhmədli | |
---|---|
Salatın Alı qızı Əhmədli | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Ağstafa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Ədəbiyyat |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Turan" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur.
Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Yaradıcılığı
S. Əhmədlinin 2008-ci ildə "Xalq şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub" (I–II nəşr), "Səfərnamə", "Ömrünü Qazaxda yaşayan şair", "Həcc ziyarəti", "Hüseyn Cavidin ev muzeyi", "Sənsiz" (tərtibçi), "Azərbaycan Poeziya çələngi" (iki müəlliflə), "Məhsəti" Ensiklopedik Toplu (iki müəlliflə), "XIX əsr Azərbaycan ədəbiyyatı" I cild, "Poeziya" (iki müəlliflə), "Şairlər vətəni bizim tərəflər" (Antologiya, iki müəlliflə) kitabları və "Heydər Əliyevin dil siyasəti" monoqrafıyası işıq üzü görmüşdür.
"Heydər Əliyevin dil siyasəyi" kitabı Türkiyədə çap olunmuşdur. Xeyli sayda elmi və publisistik məqalələri xaricdə və respublikanın dövrü mətbuatında çap edilmişdir.
Elmi fəaliyyəti
2010-cu ildə "Heydər Əliyevin dil siyasəti" mövzusunda dissertasiya müdafıə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Yaradıcılıq xidmətlərinə görə ictimai təşkilatların "Qızıl Qələm" və "Cəfər Cabbarlı"[1] mükafatlarına layiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əsərləri
- "Xalq şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub" (I, II nəşr) Bakı, MBM, 2008; 2009, 124 səh.
- "Səfərnamə" Bakı, MBM, 2008, 256 səh.
- "Ömrünü Qazaxda yaşayan şair", Bakı, Qanun, 2008, 408 səh.
- "Hüseyn Cavidin ev Muzeyi", Bakı, Şirvannəşr, 2009, 168 səh.
- "Həcc Ziyarəti" Bakı, Şirvannəşr, 2009, 64 səh.
- "Heydər Əliyevin dil siyasəti", Bakı, MBM, 2008, 96 səh.
- "Heydər Əliyevin dil siyasəti"(Rəsmi sənədlər), Bakı, Şirvannəşr,2009,136səh.
- Müseyib Məmmədov "Sənsiz" (tərtibatçı), Bakı, Şirvannəşr, 2009, 94 səh.
- "Azərbaycan poeziya çələngi" (iki müəlliflə), Bakı, Qanun, 2008, 291 səh.
- "Məhsəti". Ensiklopedik toplu (iki müəlliflə,) Bakı, MBM, 2008, 298 səh.
- "XIX əsr Azərbaycan ədəbiyyatı" I cild. Poeziya (iki müəlliflə), Bakı,"Nurlar", 2009, 704 səh.
- "Heydər Əliyevin dil siyasəti" (monoqrafıya), Bakı, "İncə" Nəşriyyat Evi, 2010, 212 səh.
- "Haydar Aliyevin Dil Siyaseti", Türkiye, Eskişehir, 2010, 83 səh.
İstinadlar
- Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010. (az.)