Salankamen Döyüşü

Salankamen döyüşü — Osmanlı ordusu ilə Habsburq ordusu arasında 9 avqust 1691-ci ildə meydana gələn və Osmanlı Müqəddəs İttifaq döyüşlərinin bir hissəsi olan müharibədir.

Salankamen döyüşü
Osmanlı-Müqəddəs İttifaq müharibəsi
Salankamen döyüşü
Salankamen döyüşü
Tarix 19 avqust 1691
Yeri Salankamen, Serbiya
Nəticəsi Avstriyanın qələbəsi
Münaqişə tərəfləri

heç nə Osmanlı İmperiyası

heç nə Müqəddəs Roma İmperiyası

Komandan(lar)

heç nə Körpülü Fazil Mustafa Paşa

heç nə Baden Margravı

Tərəflərin qüvvəsi

50.000 ~ 158 top

33.000 ~ 90 top

İtkilər

25.000

8.000

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Döyüşün inkişafı

    Sədrəzəm olan Köprülü Fazil Mustafa Paşa Avstriya üzərinə hərbi səfərə 15 iyun 1691-ci ildə Ədirnədən başladı.Ordu başında Sofiyaya yaxınlaşanda Sultan II-ci Süleymanın ölüm xəbərini və padşahlıq taxtına balaca qardaşı II-ci Əhmədin çıxdığı xəbərini aldı.Yeni padşah möhürü humayununu Sofiyaya göndərib Fazıl Mustafa Paşanı sədrəzəm və sərdari-əkrəm olaraq vəzifələrində saxlamışdır.

    Fazil Mustafa Paşa Sofiyadan keçib Belqrada çatanda bir döyüş məclisi qurub ordu və dövlət adamları ilə müşavirə keçirdi. Krım xanın qubernatorları və ya onun nümayəndələri və bir neçə əyalət qüvvələrinin komandirləri olan yox idi, çünki bu müharibə şurası hələ Belqrada çatmamışdı. Müşavirə üzvlərinin əksəriyyəti ordunun Belqradda qalmasını və Krım xan ordusunu və əyalət qoşunlarını gözləmələrini istədi. Ancaq Sədrəzəm bu qərara qulaq asmadı və ordunu Belqrad yaxınlığındakı Sava çayı üzərində qurulan körpüdən Zemun tərəfinə keçirdi.

    Təxminən 100.000 nəfərlik Avstriya ordusu Baden Margravenın Lüdviq Vilhelm komandanlığı altında Varadinin yaxınlığında idi.Fazıl Mustafa Paşa komandanlığı altında olan Osmanlı ordusu Salisamen (Szalankamen) palankası ilə Varadin arasında, Belqraddan 60 km şimal-qərbdə və Karlofçanın cənub-şərqində, Tisza çayının Dunayla qarışdığı əraziyə yerləşdirdi. Ancaq Krım qüvvələri hələ də yolda idi və Osmanlı ordusuna qoşulmamışdılar. Burada Krım qüvvələrinin gəlib orduya qoşulmasını gözləmək istədi.

    Avstriya ordusunda yüksək güclü piyada və döyüş silahları var idi, Osmanlı ordusu isə say baxımından üstün idi. Bu vaxt, Krım xanının ordusu Osmanlı ordusu ilə birlikdə müharibəyə qoşulmaq üçün irəliləyirdi.

    Fazil Mustafa Paşa üst səviyyə komandirlərin sözünü dinləyərək Kırım Tatar ordusunu və köməkçi qüvvələri gözləmədən mövqelərindən hücuma keçmək istədi. Osmanlı qüvvələri Dunayda ələ keçirdikləri 800 qayıq dolusu düşmən ərzağını yandırdılar. Şahzadə Lüdviq, hərbi ərzaq çatışmazlığına baxmayaraq, Varadin yolunun bağlandığını nəzərə alaraq dərhal döyüşə başlamağa razı oldu. Toqquşmalar 1691-ci il avqustun 19-da günortadan sonra başladı.Güclü toqquşmalar nəticəsində Avstriya ordusunun ilk parçalanmalar başladı.Avstriya ordusu son böyük hücum cəhdini etdi və 30.000 əsgərlə Osmanlı ana xəttinə hücum etdi. Bu münaqişə tarazlıq içində davam edərkən, mərkəzə hücum edən Avstriya qüvvələrinə qarşı hərbçiləri cəsarətləndirmək üçün irəli gələn Mustafa Paşa, alnından bir güllə alaraq şəhid oldu. Bu, Osmanlı xətlərinin dağılmasına səbəb oldu. Habsburq qüvvələri Osmanlı ordusunun sarsıldığını gördü və hücuma başladı. Sədrəzəm olmadan qalan Osmanlı ordusu parçalandı və geri çəkildi.

    Osmanlı ordusunun ağırlığı avstriyalıların əlinə keçdi. Krım xan müharibə yerinə gələndə dağılmış Osmanlı ordusu ilə qarşılaşdı. Bütün axtarışlara baxmayaraq, Fazil Mustafa Paşanın cəsədi tapılmadı.

    Ədəbiyyat

    • Uzunçarşılı, İsmail Hakkı, (1954, Son Bas. : :2011) Osmanlı Tarihi III. Cilt 1. Kısım: II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşmasına Kadar, Ankara:Türk Tarih Kurumu Yayınları, ISBN 9789751600134 Say.:481-485.
    • David Chandler. The Art of Warfare in the Age of Marlborough. Spellmount Limited, (1990). ISBN 0-946771-42-1
    • David Chandler. A Guide to the Battlefields of Europe. Wordsworth Editions Ltd, (1998). ISBN 1-85326-694-9
    • Derek McKay and H.M. Scott. The Rise of the Great Powers 1648–1815. Longman, (1984). ISBN 0-582-48554-1
    • Christian Greiner: Der „Türkenlouis“ – Markgraf Ludwig von Baden-Baden (1655–1707). In: Militärgeschichtliche Beiträge. Bd. 3, 1989, ISSN 0936-3564, pp. 27–41.
    • Jason Goodwin; The Ottoman Wars
    • Bánlaky József: A magyar nemzet hadtörténelme, I–XXII. kötet (Budapest, 1928–1942) (Online változat: MEK-OSZK.hu adatbázisban). Forrás: 17. kötet, C. fejezet.
    • Weiszhár Attila – Weiszhár Balázs: Csaták kislexikona. Maecenas Könyvkiadó 2000.
    • Éva-Erdei András: Végső csapás a török hódoltságra. Múlt-Kor történelmi portál, 2007. szeptember 11. (Online változat)
    • Magyarország történeti kronológiája, II. kötet 1526-1848. Akadémiai Kiadó 1982. ISBN 963-05-2660-3
    • Magyarország története 1686-1790. Akadémiai Kiadó 1989. ISBN 963-05-0929-6
    • A magyarok krónikája. Officina Nova Kiadó, 1995. ISBN 963-547-189-0
    • Magyarország hadtörténete. Zrínyi Katonai Kiadó 1985. ISBN 963-326-335-2

    İstinadlar

      This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.