Salamin döyüşü

Salamin dəniz döyüşü e.ə 500–449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350–380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar −40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi.

Salamin döyüşü

Mənbə

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8 səh. 216
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.