Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair.[1]
Salam Sarvan | |
---|---|
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | azərbaycanca |
İstiqamət | şair, tərcüməçi |
Janr | şeir |
Tanınmış əsəri | "Heykəl Tənhalığı" |
Həyatı
Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir.
Yaradıcılığı
"Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.[2]
İstinadlar
- ""Sənin qoynuna səndən gizlənməyə girmişəm, qadın" – Şeirlər — qafqazinfo.az". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.
- Real TV. "Azərbaycan ədəbiyyatı Ukrayna dilində" (az.). Youtube.com. 02.09.2020. İstifadə tarixi: 2020-09-02.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.