Salahsəmədlər

SalahsəmədlərAzərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündə yerləşir.[1]

Salahsəmədlər
Ölkə
Region Ağdam rayonu

Tarixi

Yaşayış məntəqəsi 30 iyul 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. 2020-ci il Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Toponomiyası

Salahsəmədli Salahsəməd (şəxs adından) və -li mənsubluq bildirən şəkilçidən ibarət olub, “Salahsəmədin nəslindən olanlar” anlamını verir. Salahsəməd adının birinci tərəfi olan Salah sözü çox güman ki, Azərbaycanın qazax tayfa birliyinə daxil olan salahlı tayfasının adı ilə bağlıdır. Salah Səməd, yəni “salahlı tayfasından olan Səməd” deməkdir. Nəzərə alsaq ki, rayon ərazisində Salahlı Kəngərli toponimi də mövcuddur, onda salahlıların bu ərazidə yaşamalarına şübhə etmək olmaz. Səməd adının mənası isə ərəbcə “əbədi, daimi, həmişəlik”dir (1, 53). [3]

Xarici keçidlər

  • "Ağdam rayonu". armenianvandalism.preslib.az. İstifadə tarixi: 28 sentyabr 2021.
  • "Vandalizmə məruz qalmış kəndlər". sabunchu.cls.az. İstifadə tarixi: 28 sentyabr 2021.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. (#empty_citation)
  3. "Azərbaycan şəxs adları. Tərtibçilər: A.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı, İşıq, 1987, s.53". (#cite_web_url); (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.