Salahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Zaqatala – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı[1]
Salahəddin Kazımov | |
---|---|
1970 – 2 iyul 1978 | |
Nazir | Arif Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1978 (57 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | zabit |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d] |
Döyüşlər |
|
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zaqatala rayonu Qass (indiki Dağlı) kəndində dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur.
Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir.
1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır.
Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir.
Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur.
İstinadlar
- "Кязимов Салахадин Иса оглы". 2014-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
Xarici keçidlər
- 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine