Sakrament
Sakrament (q.yun. μυστήριον — sirr, lat. sacramentum — and, öhdəlik) — xristianlıqda yeddi əsas ayin.
Əsas Sakramentlər aşağıdakılardır:
1. Vəftiz 2. Rəbbin Süfrəsi (Yevxaristiya) 3. Müqəddəs Yağla məshetmə 4. Evlilik (Kəbin) 5.Zahidlik 6.Xəstələrin yağla məsh edilməsi 7. Tövbə
7 ayin
Vəftiz
Vəftiz Xristianlığa giriş ayinidir. Rəbb İsa Məsihin əmrinə görə, Səmavi Padşahlığın Müjdəsini (İncili) eşidən, ona iman edən hər kəs suya salınaraq "Ata, Oğul və Müqəddəs Ruh adı ilə" (Matta 28:16-20) vəftiz edilməlidir. Suya salınmaq insanın fiziki olaraq təmizləməsi üçün deyil, vəftiz xristianın, iman sayəsində, lütflə xilas olduğunu göstərən ayindir. Rəbbin əmrinə görə icra edilən Vəftiz ayini zamanı "gözlə görülməyən" şəkildə lütf əldə edilir, günahlar bağışlanır və insan İsa ilə yeni bir həyata başlayır. Artiq o, Allah Ailəsinin bir üzvü, Səma vətəndaşı, Kilsənin xalqıdır. Ayinlərə "Sakrament - Sirr" deyilməsinin səbəbi, ayin zamanı insanın "gözlə görülməyən şəkildə" lütf, mərhəmət və xilas almasıdır.
Vəftiz imanlının həyatında yalnız bir dəfə həyata keçirilir. Müxtəlif üsullarla - tamamən suya salınaraq və ya başa üç dəfə su tökərək - imanlı biri (din adamı) tərəfindən icra edilir.
Rəbbin süfrəsi
Bütün ayinlər kimi Rəbbin Süfrəsi (yunanca Evxaristiya) də Rəbb İsa tərəfindən təsis edilmişdir: "İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. Bunu hər dəfə Məni xatırlamaq üçün edin" (Matta 26:26-28). O gündən sonra, Rəbbin əmrinə görə, Kilsə hər Rəbb Günü (bazar) bu ayini icra edir. Vəzftizli xristianlar iman, sədaqət və ehtiramla bir parça çörək və bir udum üzüm suyu qəbul edərək uğrumuzda iztirab cəkən Bədəni və tökülən müqəddəs Qanı xatırlayırlar.
Müqəddəs Yağla məshetmə
Müqəddəs Yağla məshetmə ayini adətən Vəftizdən dərhal sonra icra edilir. Ayinin mənası, vəftiz olunan imanlının Müqəddəs Ruhun bəxşişi və səmərələrini qəbul etməsidir. Ayin zamanı bu sirri qəbul edən imanlının alnına Müqəddəs Ruhun rəmzi olan məshetmə yağı çəkilir və belə deyilir: "Müqəddəs Ruhun səmərələrini qəbul et".
Bu ayinin İncildəki təməli aşağıdakı ayədir:
"Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin (Kilsənin) ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq" (Yaqub 5:14,15).
Nikahsızlıq
Evlilik Allahın insana lütfü, bəxşişidir. İlk insan yaradıldıqdan sonra Uca Allah ona (Adəmə) yardımçı, sirdaş, könül dostu - qadını bəxş edir. Bu haqda Bibliyada belə qeyd edilir: "Allah dedi: İnsanın tək qalması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam" (Yaradılış 2:18). Beləcə Allah qadını - Həvvanı - yaratdı və onu Adəmə yoldaş olaraq verdi.
Qadınla kişini bir-birinə bağlayan evlilik bağı Nikahdır. Yaradılış kitabında ilk nikah haqqında Allahın xeyir-duasını oxuyuruq: "Allah insanı kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verərək dedi: 'Törəyib çoxalın və bütün yer üzünə sahib olun..'. Fikir verdinizmi, dünyamızdakı ilk niganı bağlayan Rəbb Özü olmuşdur və o hər evli kişi ilə qadının bir-birilərinə nikah telləri ilə bağlı olmasını istəyir. Ancaq yer üzündə insanlar artdıqca, sivilizasiyalar meydana gəldikcə boşanmalar da meydana gəlməyə başladı. Nikah telləri ilə bir-birinə bağlı olan iki insanın boşanması, ailə birliyini pozması Allahın sevmədiyi işdir. Bu haqda İncildə belə qeyd edilir: "İsadan soruşdular: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ilə qadın ikisi bir bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın» (Matta 19:3-6).
Eyni zamanda, qeyd edim ki, İncildə boşanmaya yalnız bir səbəb görə xoş baxıla bilər: "İsa dedi: "sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Zinaya sövq edilmiş qadınla evlənən kəs də zina etmiş olur" (Matta 5:31,32). Zina nikahdan kənar cinsi münasibətdir.
Evli insanların bir-birinə xəyanət (zina) etmələri Allahın gözündə çirkin işdir. Bu haqda İncil belə qeyd edir: İsa onlara belə dedi: “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına (kişiyə) şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur" (Matta 5:27,28).
Xristianlıqda zina kimi çoxarvadlılıq da qəbuledilməzdir: "Hər kişinin öz arvadı, hər arvadın da öz əri olsun" (1.Kor 7:2).
İncilə görə, evlənmək və ya evlənməmək məcburi deyil, insanın azad seçimidir. Heç kim zorla evləndirilə bilməz. Heç vaxt evlənmək haqqında düşünməyərək, Allaha nikahsızlıq haqqında söz verən (nikahsızlıq orucu) insan üçün Məsih isa belə deyir: "Elə insanlar var ki, onlar Səmavi Padşahlıq uğrunda özlərini xədim sayarlar. Bunu qəbul edə bilən etsin" (Matta 19:12). Hələ Kilsənin erkən dövrlərindən bəri "Səmavi Padşahlıq uğrunda özlərini xədim sayan" insanlar vardır ki, bu insanlar bütün həyatlarını Allaha və insanlara xidmətə həsr edirlər.
Kilsə bir Ana kimi evlənən cütlükərə xeyir-dua verir və gələcək övladlarının həqiqi xristian kimi böyüyüb tərbiyə edilmələrini arzu edir.
Tövbə
Tövbə ayini həqiqi peşmanlıqla, bir daha o günahı etməmək şərti ilə "günahların etirafı"ndan ibarətdir: "günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin" (Yaqub 5:16). Kilsə imanlılara hər günahdan sonra, səmimi peşmanlıqla Tövbə sirrini qəbul etməyi məsləhət görür.