Sakkara siyahısı
Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı.
Məzmunu
Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.
Hökmdar siyahısı
Alt sıra | Üst sıra | ||||
---|---|---|---|---|---|
Nr. | Firon | Qeydlər | Nr. | Firon | Qeydlər |
1 | Anedyib | 6. I sülalə hökmdarı. Ondan qabaqki 4 sələf və xələfi Semerxet bu siyahıda göstərilməmişdir. | 30 | Menkauhor | 7. V sülalə hökmdarı |
2 | Hor Qaa | 8. I sülalə hökmdarı | 31 | Djedkare | V sülalənin VII hökmdarı |
3 | Hetepsexemui | II sülalənin I hökmdarı | 32 | Unas | V sülalənin IX hökmdarı |
4 | Nebre | II sülalənin II hökmdarı | 33 | II Teti | VI sülalənin I hökmdarı. Xələfi Userkare göstərilməmişdir. |
5 | Ninetyer | II sülalənin III hökmdarı | 34 | I Pepi | VI sülalənin III hökmdarı |
6 | Wadjnes | V sülalənin hökmdarı | 35 | I Merenre | VI sülalənin IV hökmdarı |
7 | Sened | II sülalənin hökmdarı | 36 | II Pepi | VI sülalənin V hökmdarı. VI sülalənin sonrakı Birinci aralıq zamanına aid hökmdarlar və XI sülalənin ilk hökmdarları göstərilməmişdir. |
8 | I Neferkare | II sülalənin hökmdarı | 46 | Nofrusobek | XII sülalənin VIII hökmdarı. XI və XII sülalə hökmdarları (II Mentuhotepdən Nofrusobekə kimi) siyahıda yerləri dəyişik göstərilmişdir. İkinci aralıq zaman hökmdarları göstərilməmişdir. |
9 | Neferkasokar | II sülalənin hökmdarı | 45 | IV Amenemhet | XII sülalənin VII hökmdarı |
10 | I Hudyefa | II sülalənin hökmdarı | 44 | III Amenemhet | XII sülalənin VI hökmdarı |
11 | Xasexemui | II sülalənin son hökmdarı | 43 | III Sesostris | XII sülalənin V hökmdarı |
12 | Coser | III sülalənin I hökmdarı | 42 | II Sesostris | XII sülalənin IV hökmdarı |
13 | Coserteti | III sülalənin II hökmdarı | 41 | II Amenemhet | XII sülalənin III hökmdarı |
14 | Nebka | III sülalə hökmdarı | 40 | I Sesostris | XII sülalənin II hökmdarı |
15 | Huni | III sülalənin sonuncu hökmdarı | 39 | I Amenemhet | XII sülalənin I hökmdarı |
16 | Snofru | IV sülalənin I hökmdarı | 38 | III Mentuhotep | XI sülalənin VI hökmdarı |
17 | Xeops | IV sülalənin II hökmdarı | 37 | II Mentuhotep | XI sülalənin V hökmdarı |
18 | Radjedef (Djedefre) | IV sülalənin III hökmdarı | 47 | Ahmos | XVIII sülalənin I hökmdarı |
19 | Xefren | IV sülalənin IV hökmdarı | 48 | I Amenofis | XVIII sülalənin II hökmdarı |
20 | Bixeris | IV sülalənin V hökmdarı (pozulmuş mətn) | 49 | I Thutmosis | XVII sülalənin III hökmdarı |
21 | Mikerinos | IV sülalənin VI hökmdarı (pozulmuş mətn) | 50 | II Thutmosis | XVIII sülalənin IV hökmdarı. Xələfi Hatçepsut göstərilməmişdir. |
22 | Şepseskaf | IV sülalənin VII hökmdarı (pozulmuş mətn) | 51 | III Thutmosis | XVIII sülalənin VI hökmdarı (pozulmuş mətn) |
23 | Tamftis | IV sülalənin VIII hökmdarı (pozulmuş mətn) | 52 | II Amenofis | XVIII sülalənin VII hökmdarı (pozulmuş mətn) |
24 | [?] | Digər hökmdar siyahıları Tamftis və Userkaf arasında heç bir hökmdar sadalanmır. Burada kimin nəzərdə tutulduğu qeyri müəyyəndir. | 53 | IV Thutmosis | XVIII sülalənin VIII hökmdarı (pozulmuş mətn) |
25 | Userkaf | V sülalənin I hökmdarı | 54 | III Amenofis | XVIII sülalənin IX hökmdarı (pozulmuş mətn). Exnaton, Semenxkar, Tutanxamun və II Eye göstərilməmişdir. |
26 | Sahure | V sülalənin II hökmdarı | 55 | Haremhab | XVIII sülalənin XIV hökmdarı (bir qədər pozulmuş mətn) |
27 | Neferirkare | V sülalənin III hökmdarı | 56 | I Ramzes | XIX sülalənin I hökmdarı (bir qədər pozulmuş mətn). |
28 | Şepseskare | 4. König der 5. Dynastie.V sülalənin IV hökmdarı | 57 | I Seti | XIX sülalənin II hökmdarı (bir qədər pozulmuş mətn) |
29 | Raneferef (Neferefre) | V sülalənin V hökmdarı. Xələfi Niuserre göstərilməmişdir. | 58 | II Ramzes | XIX sülalənin III hökmdarı (bir qədər pozulmuş mətn) |
Mənbələr
- Jürgen von Beckerath: Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. Münchner Ägyptologische Studien, Bd. 46. Verlag Philipp von Zabern, Mainz 1997, S. 24, 216, ISBN 3-8053-2310-7