Sakit Hüseynov
Sakit Yəhya oğlu Hüseynov (25 may 1948, Ocaqlı, Astraxanbazar rayonu) — fəlsəfə elmləri doktoru, professor[1]
Sakit Hüseynov | |
---|---|
Doğum tarixi | 25 may 1948 (75 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Fəlsəfə İnstitutu Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri |
Alma-mater | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Təhsili | ali |
Elmi rəhbəri | Əddin Şakirzadə |
Üzvlüyü |
Həyatı
Sakit Hüseynov 25 may 1948-ci ildə Cəlilabad rayonunun (keçmiş Astraxanbazar rayonu) Ocaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Sakit Hüseynov 1978–1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L.N.Koqanın yanında təkmilləşmədə olmuşdur.
Elmi fəaliyyəti
S.Hüseynov 1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Sakit Hüseynov 2008-ci il 24 aprel tarixində İran İslam Respublikasının Rudehen şəhərində yerləşən Azad İslam Universitetində keçirilən "Universitetlər və yeni iş yeri yaradanlar" adlı Beynəlxalq konfransda "Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə çap edilmiş və qızıl medala layiq görülmüşdür.
S.Hüseynov 2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009–2018-ci illərdə institutun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri olmuşdur. 2018-ci ilin yanvarından həmin institutun "Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin müdiridir.[2]
S.Hüseynovun əsas elmi fəaliyyəti – məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf və davamlı insan inkişafı, məişət ekologiyası və s. sahələri əhatə edir. S.Hüseynov 5 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 7 broşyura və metodik vəsait, 150-dən çox elmi məqalənin müəllifidir.[3]
S.Hüseynov – BMT İP, "Oksfam", Dünya Bankı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə müstəqil ekspert kimi fəal iştirak etmişdir. Hal-hazırda S.Hüseynov Qafqaz Regional Ekoloji Mərkəzi Beynəlxalq Məşvərət Şurasına Azərbaycandan üzv seçilmişdir. O, 2008-ci ildə Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. S.Hüseynov dinşünaslıq, ekoloji mədəniyyət, davamlı inkişaf, mədəniyyətin fəlsəfi problemləri və s. mövzular üzrə vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzəçi kimi çıxış etmişdir.
2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"in işində o, ekspert kimi fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K.Mahmudov, F.Mehdiyev və b.) birlikdə Beynəlxalq Ekoloji Təşkilatlara müraciətlər göndərilmişdir. Sakit Hüseynov son illərdə sosial-ekoloji problemlər, davamlı inkişaf və s. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir. Alimin həm də Beynəlxalq Təşkilatların respublikada həyata keçirdiyi layihələrdə iştirak etmişdir.[4]
Sakit Hüseynov 18 dekabr 2013-cü ildə professor Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə" adlı kitabının təqdimat mərasimində Dədə Qorqud haqqında fikirlərini söyləmiş, onun qəbrinin tapılmasını Türk dünyasının mənəvi ziyarətgahı kimi dəyərləndirmişdir.[5]
27 aprel 2017-ci ildə Sakit Hüseynov Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" adlı konfransda məruzə ilə çıxış etmişdir.[6]
Elmi əsərləri
Kitabları
- Məişət ekologiyası (sosial-fəlsəfi aspekt)."Sabah" nəşriyyatı, Bakı, 1996, 164 s.
- Davamlı İnsan İnkişafının strateji istiqamətləri. "Adiloğlu" nəşriyyatı. Bakı, 2003, 264 s.
- Ekologiyanın fəlsəfi və hüquqi məsələləri. Bakı, "Təknur", 2007. (Rasim Sarıyevlə birlikdə) 216s.
- Davamlı İnsan İnkişafı. "Azərbaycan Dövlət Aqrar Universiteti"nəşriyyatı Ali məktəblər üçün dərslik., Bakı, 2009,494 s.
- Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik. Bakı, "Təknur", 2012.[7]
- Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf. Bakı, 2012. (İ.H.Alıyev, A.M.Əsədovla birlikdə).475 səh.[8]
- Dinlər tarixi fənni üzrə proqram. Ali təhsilin bakalavriat səviyyəsi üçün. Bakı, 2014, (M.A.Balayevlə birlikdə). 20 s.
- Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu. Bakı, "Tuna" QSC mətbəəsi, 2023, 277 s.
Elmi məqalələri
- Xalq sənətkarlarının yaradıcılığı məişət mədəniyyətini zənginləşdirən mühüm mənbədir. Azərb. SSR EA aspirantlarının elmi konfransında məruzələr/. Bakı, "Elm", 1974
- Məişət mədəniyyətində milli və beynəlmiləl cəhətlərin vəhdəti. "Sosialist həyat tərzinin təkmilləşməsinin ideoloji problemləri". Məcmuə, 3-cü buraxılış, Bakı, "Elm", 1985
- Bədii xalq sənətkarlığının öyrənilməsinin sosioloji aspektləri.Az.SSR EA-nın Xəbərləri /tarix, fəlsəfə, hüquq/№ 3, 1985
- Orta əsrlərdə Azərbaycan bədii xalq sənətkarlığının sosial — tarixi aspektləri. "Azərbaycan qədim və orta əsr bədii mədəniyyətinin inkişafı və formalaşmasının sosial aspektləri". Məcmuə, /Elmi – praktiki konfransın tezisləri/, Bakı.
- Ekoloji hüquq və məişətin sanitar-epidemioloji vəziyyəti. "Ekologiya, fəlsəfə, mədəniyyət". Məcmuə, 6-cı buraxılış, Bakı, "Təbib", 1995
- The significance of people’s behavior during natural calamities. Seysmologiya və seysmik riskin azaldılması amilləri, təbii fəlakətlər zamanı şəhərlərin və sənaye obyektlərinin mühafizə olunması. (II beynəlxalq seminar. 11–13 iyun 2002-ci il) Məcmuə, Bakı, "Elm", 2002.
- Транспорт и вопросы экологической безопасности окружающей среды (Социально – правовой аспект. "Чистый воздух и устойчивый транспорт". Киев, 2003. Сборник материалов между-го семинара по теме: "Участие общественности в экологизации транспортной политики городов ЦВЕ и Закавказья", 23–25 апреля, 2003 г., Киев, Украина.
- Юридические, экономические и компенсационные механизмы в помощь устойчивому развитию горных районов Азербайджана. "Устойчивое развитие горных регионов Кавказа". (III ежегодная конференция РЕЦ Кавказа, Тбилиси, 11–12 июля, 2003), Сборник докладов, Тбилиси, 2003.
- Dələduzluğun fəlsəfəsi və dələduzun sosial-psixoloji portreti.[9]
Təltifləri
- Участие в создании веб-сайта по теме "Устойчивое Развитие при-каспийских Стран" в рамках программы Восток — Восток фонд Сороса (15/I/ — 15/ XII 2002 г.)
- Член рабочей группы в отделе "Бедность и окружающая среда" Государственная Программа по Уменьшению Бедности и Экономической Развитии (ГПУБЭР) 2002.
- Редактирование на национальном языке итоговых документов всемирного саммита по устойчивому развитию. Йоханнесбург 26/09/ 2002 (По контракту: но 009/2003 ундп).
- "Orxus Konvensiyasının həyata keçirilməsi" layihəsi çərçivəsində Qafqaz regionu QHT-ləri arasında uğurlu iştirakına görə Qafqaz REM-nin sertifikatını almışdır (Gürcüstan, Tbilisi, 17 may, 2003).
- "Yoxsulluğun ölçülməsi və qiymətləndirilməsi üsulu" mövzusunda sosioloji tədqiqatların keçirilməsi üzrə Dünya Bankı İnstitutunun Sertifikatını almışdır (Bakı, 20–30 may, 2003).
- Mərkəzi – Şərqi Avropa ölkələri üçün Regional Ekoloji Mərkəzinin "Orhuz Konvensiyasının Azərbaycanda həyata keçirilməsi" üzrə sertifikatını almışdır (Bakı, 12 – 13 dekabr, 2003).
- "Sülhməramlı Səfir" – Universal Sülh Federasiyası. Dinlərarası və beynəlxalq ümumdünya sülh federasiyası tərəfindən 7 aprel 2006-cı ildə diplom verilmişdir.
- 23–24 aprel 2008-ci ildə İran İslam Respublikasının Rudehen şəhərində Azad İslam Universitetinin təşkil etdiyi "Universitetlər və yeni iş yerləri" adlı Beynəlxalq elmi-praktiki konfransda "Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı" mövzusunda məruzə ilə çıxış etmiş və bu məruzəyə görə qızıl medala layiq görülmüşdür.
- "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən 24 dekabr 2011-ci ildə sertifikat almışdır.
- Elm və təhsil sahəsində məhsuldar əməkdaşlığına və Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında sanballı töhfəsinə görə 2011-ci ildə Fəxri Fərmanla təltif edilmişdir.
İstinadlar
- Hüseynov Sakit Yəhya oğlu
- "Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri". 2013-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
- "Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsi". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
- VAQİF ARZUMANLI. TANINMIŞ FİLOSOF, EKOLOQ VƏ SOSİOLOQ (SAKİT HÜSEYNOV– 65)
- "Professor Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə" adlı kitabının təqdimat mərasimi keçirilmişdir". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- "Heydər Əliyev və İslam həmrəyliyi ideyası"
- SAKİT HÜSEYNOV.AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ
- Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf
- https://sia.az/az/news/social/791191.html
Həmçinin bax
Xarici keçidlər
- Sakit Hüseynov: "İclasa moderator təyin edilməyim mənim üçün gözlənilməz oldu"
- Sakit Hüseynov: "Aşqabadda insanların xoş, isti münasibətni hiss etdik" Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine
- Cəlilabadda Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
- "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" adlı konfrans keçirildi
- 27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" mövzusunda konfrans keçirildi Arxivləşdirilib 2017-08-14 at the Wayback Machine
- Azərbaycan alimləri Çeçenistanda keçirilən beynəlxalq konqresdə ölkəmizi təmsil ediblər