Sait

Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir.

1. Saitlər iki yerə ayrılır:

Qalın — a, ı, o, u

İncə — e, ə, i, ö, ü

2. Dodaqların vəziyyətinə görə:

Dodaqlanan saitlər: o, u, ö, ü.

Dodaqlanmayan saitlər: a, e, ə, ı, i.

3. Alt çənənin vəziyyətinə görə:

Açıq saitlər: a, e, ə, o, ö.

Qapalı saitlər: ı, i, u, ü.

Saitlərin uzun tələffüz olunması

Dilimizdə [ı] və [ü] saitlərindən başqa, bütün saitlər uzun tələffüz olunur. Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər, əsasən, ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün bütün hecalarında işlənə bilər.

Uzun tələffüzünə görə mənası dəyişən sözlər: nərə (balıq, qışqırmaq), əyan (bəlli, aristokrat), bəzən (bəzənmək, hərdən), dava (dərman, savaşmaq).

Heca və vurğu

Heca əmələ gətirən əsas amil saitdir. Sözdə neçə sait varsa, o qədər də heca var. Samitlər vurğu qəbul etmir, vurğu qəbul edən hərflər saitlərdir.

"O" saitinin tələffüzü qaydası

Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı "o" saiti vurğulu hecadan əvvəl gəldikdə [a] səsi ilə tələffüz olunur: fontan -[fantan]. Oktyabr, noyabr sözləri yazıldığı kimi tələffüz olunur.Vurğulu hecalarda "o" saiti [o] kimi tətəffüz olunur: opera [opera].

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.