Sahil Tahirli

Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin]

Sahil Tahirli
Tahirli Sahil Abdulla oğl
Tahirli Sahil Abdulla oğlu
Tahirli Sahil Abdulla oğlu
Doğum tarixi 16 yanvar 1983(1983-01-16) (41 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili Xəzər Universiteti
Naxçıvan Dövlət Universiteti
Fəaliyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
Partiyası
Mükafatları Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli Sərəncamı ilə mətbuat və teleradionun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib.

2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb.

2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Ailəsi

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.

2006–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvü — sədri vəzifəsində çalışıb.

2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 2013–2021-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 aprel tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Siyasi-analitik və publisistik yazılarla mətbuatda müntəzəm çıxış edir.

Dövlət Qulluğunun Baş Müşaviridir.[mənbə göstərin]

"Yaratmaq amalı" kitabının müəllifidir.[mənbə göstərin]

Yaratmaq amalı.jpg

Siyasi fəaliyyəti

2003-cü ildən Yeni Azərbaycan Partyasının üzvüdür. 2014-cü ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü seçilib.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.