Sahibkar
Sahibkar — xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədi ilə bir iş sahibi olan şəxs[1]. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir.
Sahibkarlıq fəaliyyəti
Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır.
XVIəsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarətsferasında yaradılmışdı. 1554-cü ildə Rusiyada ticarət etmək üçün İngiltərə ticarət şirkətinin əsası qoyuldıu. 1600-cü ildə İngiltərənin OST- İndiya, 1602-ci ildə Hollandiyanın OST-İndiya şirkətləri təsis edildi. Kapitalizmin inkişafının sonrakı dövründə təsərrüfatçılığın səhmdar forması iqtisadiyyatın digər sahələrində də geniş yayılmağa başladı. XVII əsrin sonralarından etibarən iqtisadiyyatda ilk dəfə səhmdar bankları yaradılmağa başladı. 1694-cü ildə İngiltərədə və 1695-ci ildə isə Şotlandiyada ilk səhmdar bankının əsası qoyuldu.; XVII əsrin sonu və XVIII əsrin əvvəllərində əksər ölkələrdə bank fəaliyyətinin təşkili ilə bağlı səhmdar cəmiyyətlər geniş spektrdə inkişaf etməyə başladı. Belə bir dövrdə əvvəllər mövcud olmuş ailə firmaları, iri mülkiyyətçilər yüzlərlə xırda əmanətçilərə — səhm sahiblərinə parçalanır. Bu proseslərin inkişafı xırda və iri biznes arasında ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarır. Bu şəraitdə xırda firmaların fəaliyyəti çətinləşir, orta və iri finnalarm inkişafı geniş vüsət alır. Maksimum mənfəət əldə etmək imkanları daha çox reallaşır. Bu zaman yeni peşə və ixtisaslara — menecer-rəhbərlərə və istehsalın təşkilatçılarına ehtiyac yaranır. Əvvəllər sahibkarlıq funksiyası bir nəfərin əlində mərkəzləşmiş,sonralar isə xüsusi istiqamətlərə ayrılmışdır. İstehsal- iqtisadi prosesləri həyata keçirmək üçün maliyyəçi, iqtisadçı, mühasib, hüquqşünas, konstruktor, texnoloqlardan istifadə olunur. Bundan əlavə, istehsalın təşkili və ona rəhbərliyin mərkəzləşdirilməsi məqsədi ilə bir çox funksiyaları yerinə yetirən menecerlərə getdikcə daha çox tələbat yaranır.
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır. İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə "biznes" "sahibkarlıq" anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da kəsb etdiyi mənalara görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Biznes daha geniş məfhumdur. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir, onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Sadalanan biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, lakin öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər[2].
Biznesin əsas əlamətləri
- iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat;
- öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi;
- şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü;
- qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununda yazılmışdır: "Sahibkarlıq fəaliyyəti(sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir". Bu tərif təkmildir, sahibkarlıq fəaliyyətinin məzmununu dəqiq əks etdirir. İqtisadi ədəbiyyatda "sahibkar" anlayışı haqqında müxtəlif fikirlərə rast gəlinir, ancaq onların hamısında müəyyən oxşarlıq nəzərə çarpır. Sahibkar haqqında çoxsaylı baxışları ümumiləşdirərək, belə bir nəticə çıxarmaq olar: sahibkar — risk şəraitində fəaliyyət göstərən, təşəbbüskar, yaradıcı, sosial-iqtisadi mexanizmi təşkil edən insandır. Düzdür, "sahibkar və sahibkarlıq" anlayışlarında yaxınlaşma hiss olunur. Əslində sahibkar — sahibkarlıq fəaliyyəti ilə məşğul olan insandır. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə aşağıdakılar məşğul ola bilərlər:
- fəaliyyət qabiliyyəti olan respublikanın hər bir vətəndaşı;
- mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs:
- xarici hüquqi şəxslər.
Sahibkarlığın subyektləri həm fərdi adamlar və ya həm də partnyorların birliyi ola bilər. Sahibkarlığın subyekti kimi fərdi adamlar şəxsi, yaxud ailə müəssisəsi təşkil etmək yolu ilə çıxış edirlər. Bu cür sahibkarlar öz əmək məsrəfləri ilə məhdudlaşa bilər, yaxud isə qəbul etdiyi adamların əməyindən istifadə edə bilər. Sahibkarlığın obyekti kimi tərəfdaşların birlikləri müxtəlif təsərrüfat assosiasiyaları; icarə kollektivləri, səhmdar cəmiyyətləri, yoldaşlıq formasında çıxış edə bilərlər. Sahibkarlıq fəaliyyətinin ən mühüm cəhətlərinə aid etmək olar; Təsərrüfat subyektlərinin sərbəst və müstəqil olması. Hər bir sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir.
- Əlbəttə, hüquqi norma çərçivəsində;
- İqtisadi maraq. Sahibkarın başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla bərabər, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olunmasına da səbəb olur;
- Təsərrüfat riski və məsuliyyət, istənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda, idarəetmə qərarlarında qeyri-müəyyənlik, risk qalır.
Sahibkarlığın sözü gedən mühüm əlamətləri bir-birilə sıx qarşılıqlı əlaqədardır və eyni vaxtda fəaliyyətdə olurlar. Xüsusi sahibkarlığın başlıca məqsədi qazanc, mənfəət götürməkdir. Lakin cəmiyyətin ümumi İqtisadi tərəqqisi baxımından xüsusi sahibkarlığa başqa meyarla da baxmaq lazımdır. A.Smit bunu açıqlayaraq yazmışdır ki, xüsusi sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də qeyri-şüurlu olaraq, bilavasitə öz əmlakına aid olmayan başqa bir zəruri, vacib amala, cəmiyyətin ümumi mənafeyinə (məsələn, məhsul istehsalının artmasına və keyfiyyətinin yüksəldilməsinə, səmərəli fəaliyyətə, mədəni ticarət xidmətinə, istehsalın modernləşdirilməsinə, iqtisadiyyatın demokratikləşməsinə və s.) də xidmət etmiş olur. Deməli, xüsusi sahibkarlıq yalnız şəxsi mənafe məsələsi deyil, eyni zamanda ictimai məsələdir[3].
Sahibkarlığın iqtisadi mahiyyəti
Sahibkarlıq fəaliyyəti sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə üsullarını, sahibkarın dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.Mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələrinin seçilməsi və iqtisadi qərarların qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılması sahibkarlıq fəaliyyətini xarakterizə edən cəhətlərdəndir. Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə vaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cumlədəıı iftəhsüi istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq beynəlxalq hüquqi öhdəlikləri ilə tənzimlənir.
Sahibkarlıq subyektləri
- fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- xarici hüquqi şəxslər.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllinə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqa malikdirlər. Sahibkarlıq fəaliyyətinin məhdudlaşdınimasına aşağıdakı hallarda, yəni qanunçuluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi üzrə yol verilir.
Öz fəaliyyətini həyata keçirmək üçün sahibkar aşağıdakı hüquqlara malikdir:
- istənilən müəssisələr yaratmaq, idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
- təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;
- işçiləri işə qəbul etmək və işdən azad etmək, onların əməyinin ödənilməsinin formasını müəyyənləşdirmək;
- öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;
- sahibkarlıq fəaliyyətində əldə edilən mənfəətdən vergilər və digər.
İcbari ödənişlər çıxıldıqdan sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Bundan başqa, sahibkar hüquqi şəxslərə aid olan digər hüquqlardan da istifadə edə bilər. Sahibkarın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;
- işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;
- qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər fondlara ayırmaları ödəmək;
- qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;
- işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq;
- antiinhisar qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;
- öz fəaliyyəti haqqında dövlət, statistika, maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək.
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi formalaşdırılmasında müəyyən şərtlərin olması tələb olunur.Bu şərtlərə ilk növbədə iqtisadi, sosial, hüquqi və digər faktorları göstərmək olar.Sahibkarlıq fəaliyyətinin iqtisadi şərtlərinə ilk növbədə əmtəə təklifi və həmin əmtəələrə olan tələb, əmtəələrin növləri (hansı ki, alıcı tərəfindən əldə edilir), pul vəsaitinin həcmi (hansı ki, lazım olan əmtəənin əldə edilməsinə sərf edilir), işçi qüvvəsinin və iş yerlərinin artıqlığı və çatışmazlığı, işçilərin əmək haqqının səviyyəsinə təsir edən amillər və s. aid edilir. İqtisadi vəziyyətə pul resurslarının həcmi, gəlirlərin səviyyəsi, investisiyaya yönəldilən kapitalın həcmi, həmçinin işgüzar əməliyyatları maliyyələşdirmək üçün istifadə ediləcək borc vəsaitinin məbləği əhəmiyyətli dərəcədə təsir göstərir. Sahibkarlıq fəaliyyəti üçün zəmni olan iqtisadi şərtlərə ən müxtəlif təşkilati strukturlar daxildir. Onun da köməyi ilə sahibkarlar kommersiya əməliyyatlarını həyata keçirirlər. Bu strukturlara misal olaraq aşağıdakıları göstərmək olar:
- banklar — maliyyə xidməti göstərir;
- mal göndərənlər — xammal, materiallar, yarımfabrikatlar, yanacaq, enerji, maşın, avadanlıqlarla təchizatını;
- topdansatış və pərakəndə ticarət strukturları — əmtəənin istehlakçılara çatdırılmasını;
- ixtisaslaşdırılmış firmalar — hüquq, mühasibat, vasitəçilik xidmətlərini;
- işə düzəltmə agentlikləri — işçi qüvvəsinə olan ehtiyaclann təmin edilməsini;
- agentliklər — reklam, nəqliyyat, sığorta, informasiya və rabitə xidmətlərini həyata keçirirlər.
Sahibkarlığın formalaşmasının sosial şərtləri hər şeydən əvvəl alıcının əmtəəni əldə edərkən ona təsir edən zövq və moda ilə xarakterizə olunur. Müxtəlif mərhələlərdə bu ehtiyaclar dəyişə bilir. Çox hallarda sosial-mədəni mühitdən asılı olaraq sahibkarlıq fəaliyyətində mənəvi və dini normalar da əhəmiyyətli rol oynayır. Bu normalar istehlakçıların həyatına və onun vasitəsilə əmtəələrə olan tələbə birbaşa təsir edir. Sosial şərtlər eyni zamanda ayrı-ayrı fərdlərin fəaliyyətinə, bu isə öz növbəsində əmək haqqının həcminə və əmək şəraitinə təsir edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar öz işçilərinin sosial məsələlərinin həllində iştirak etməli, sağlamlığın mühafizəsi və iş yerlərinin saxlanılmasını təmin etməlidir. Sahibkar tərilməsinin təşkili, kadrların təlimi və yenidən öyrədilməsi, inkişaf etmiş ölkələrdə təcrübə keçilməsi,sahibkarlara təlim keçilməsi üzrə müəllimlərin hazırlanması və təşkili,məsləhət mərkəzlərinin yaradılması və s. aid edilir.
İstinadlar
- Rayzberq B. А., Lozovski L. Ş., Starodubtseva E. B. Müasir iqtisadi lüğət. 2007. — 495 səh. (rus.)
- "Pareto qanunu və ya prinsipi 80–20. (Р. Кох)". 2012-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- Karl Menqer. Xüsusi Əsərlər. Moskva. 2005.