Sahib Həsənov (20 Yanvar şəhidi)

Sahib Həsənov (azərb. Həsənov Sahib Nəsib oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Sahib Həsənov
Həsənov Sahib Nəsib oğlu
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Həyatı

1949-cu ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Məşədi Əzizbəyov heykəlinin yanındakı qəzet köşkünün satıcısı idi. Üç balası qaldı. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar prospektindəki yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, maşını idarə etmək qabiliyyətini itirmişdir. Bundan sonra maşın yenidən atəşə tutulmuş, sonra tankla maşının arda hissəsi əzilmiş və yolun kənarına atılmışdır. Bədənində səkkiz güllə yarası olub. Semaşko adına xəstəxanada vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ünvan

Bakı, Keşlə, Zakir küçəsi 9.

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.